11:59 11 Dekabr 2016
Canlı yayım
VİDEO

I Avropa Oyunlarında ilk yarışa start verilib

Qısa URL
50 0 0
© baku2015.com

BAKI, 12 iyun — Sputnik. Bakı-2015 I Avropa Oyunlarında ilk yarışa start verilib.

Saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb.

Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək.

Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.

Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.


Teqlər:
təmsilçilər, mübarizə, duet, final mərhələsi, ilk idmançılar, Avropa oyunları, Yekaterina Valiulina, Tatyana Nikitina, Dominika Tsıplakova, Anna Şulyina, Türkiyə, Macarıstan, Ukrayna, İspaniya, Rusiya, Polşa, Bakı, Belarus, İtaliya, Hollandiya, İsrail, Bolqarıstan, Fransa, İsveçrə, Yunanıstan, Lixtenşteyn, Avstriya, Böyük Britaniya, Slovakiya

Əsas mövzular