11:53 11 Dekabr 2016
Canlı yayım
VİDEO

Birinci Avropa Oyunlarının medalları hazırdır

Qısa URL
63 0 0

Mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı Bakı 2015-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

BAKI, 6 iyun — Sputnik. Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.

Bu barədə Sputnik Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin saytına istinadən xəbər verir.

Mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı Bakı 2015-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Ərsəyə gətirilmiş bu video-çarx yerli şirkət "Azərsuvenir" MMC-nin Bakıda hazırladığı Avropa Oyunları medallarının istehsal prosesini əks etdirir.

Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı Bakı 2015-in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində Bakı 2015-in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

Əlaqədar

Məşəlin gətirilməsi ilə əlaqədar Bakının mərkəzi yolları bağlanacaq
Bakı-2015: məşəlin şimal səyahəti başa çatdı
Alov Qoruyanlar Bakını maviyə qərq edəcək

Əsas mövzular