10:48 03 Dekabr 2016
Canlı yayım
Zahid Oruc

Qərb Azərbaycanın Rusiya ilə yaxınlaşmasını həzm edə bilmir

apa.az
MÖVZULAR
Qısa URL
14 0 0

Zahid Oruc: Qərbin Azərbaycan əleyhinə addımlarının arxasında Bakının Moskvayla yaxınlaşması durur.

BAKI, 29 iyun — Sputnik. Azərbaycan Avropa Şurasi ilə münasibətlərinə yenidən baxıb, əməkdaşlıq sənədi imzalamalıdır. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanla bağlı son qətnaməsi AŞ ilə münasibətlərin gələcək yol xəritəsinə yenidən baxmağı vadar edir və bu məsələ Azərbaycan və AŞ rəhbərliyi arasında müzakirə olunmalıdır: “Əslində bu gün Azərbaycan  2001-ci ildə AŞ-yə üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən ancaq “Alternativ xidmət haqqında” qanunu qəbul etməyib, digər öhdəliklər yerinə yetirilib. Ona görə də hesab edirəm ki, əməkdaşlığı tənzimləmək üçün yeni bir sənədin imzalanmasına ehtiyac var və burada təkcə Azərbaycan deyil, eyni zamanda  AŞ-ın da öhdəlikləri qeyd olunmalıdır.”

Millət vəkili hesab edir ki, AŞ-ın və Qərb təşkilatlarının Azərbaycana qarşı qəbul etdiyi bu qəbildən olan sənədlərinin  arxasında  rəsmi Bakının Moskvaya yaxınlaşması faktoru dayanır: “AŞPA-nın son qətnaməsinin “tünd rənglərlə boyanması” da birbaşa Qərbin Rusiya ilə münasibətlərinə görə Azərbaycandan qisas almasıdır. Rusiya ilə savaş aparan Qərb Ukrayna ilə parallel olaraq Cənubi Qafqazda da qeyri-sabitlik yaratmağa cəhd edir. Qərbin Cənubi Qafqazda sabtiliyi pozmaq niyyətinə mane olan qüvvə isə Azərbaycandır. Açığı demək lazımdır ki, Azərbaycan dövlətinin idarə olunmaması Qərbin Cənubi Qafqazda Rusiyaya zərbə layihələrini iflasa uğradır.”

Orucun fikrincə, Qərb Azərbaycan dövlət başçısı İlham Əliyevin antirusiya koalisiyasında yer almasını istəyir. Ancaq Rusiya tərəfindən ölkəmizə qarşı hər hansı təhdidlər olacağı təqdirdə Qərbin ölkəmizə qarşı heç bir müdafiə sistemi yoxdur: “Biz bunun təkcə Ukraynada deyil, digər ölkələrdə də şahidi olmuşuq və belə faktlar kifayət qədərdir. Qərb beynəlxalq münasibətlər sistemində maraqlarını həyata keçirərkən daxili siyasətindən fərqli olaraq ləyaqətsiz, möhtəkir və sümürgəndir. Digər tərəfdən  Avropa Şurası indiki dönəmdə Azərbaycana qarşı təzyiqini Rusiyaya  göstərdiyi  dəstəyə görə etdiyini gizlətmir də.”

Azərbaycandakı bəzi müxalifət qüvvələrinin Qərb təşkilatlarının Azərbaycana qarşı təzyiqlərindən ruhlanması faktına da aydınlıq gətirən millət vəkili bildirib ki, biz hər zaman radikal müxalifətin  xarici güclər və bəzi səfirliklər tərəfindən idarə olunduğunu bildirmişik: “Bu qüvvələr hər zaman onlardan güc alıblar. Amma onlar bir şeyi unudurlar ki, bu baş verənlər Azərbaycan hakimiyyətinin deyil, ümumiyyətlə xalqın və dövlətçiyimizin maraqlarına zidd olan proseslərdir. Əgər hər hansı siyasi qüvvə bu layihədə iştirak edirsə, deməli, bu  proses onun da xeyrinə sonuclanmayacaq və sən o qüvvəyə xidmət etmiş olacaqsan.”

 


Əsas mövzular