21:23 09 Dekabr 2016
Canlı yayım
İŞİD-terror

Terror cüməsi

today
MÖVZULAR
Qısa URL
18610

Bu gün Suriya, Tunis, Küveyt və Fransada eyni vaxtda dünya səviyyəsində böyük rezonansa səbəb olan dörd irimiqyaslı terror hadisəsi baş verib.

BAKI, 26 iyun — Sputnik. 26 iyun 2015-ci il dünya tarixinə "Terror cüməsi" günü kimi düşə bilər. Çünki bu gün Suriya, Tunis, Küveyt və Fransada eyni vaxtda dünya səviyyəsində böyük rezonansa səbəb olan dörd irimiqyaslı terror hadisəsi baş verib.

Katerdəki naməlum silahlılar Tunisin Sus şəhərindəki beşulduzlu “İmperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək oradakı insanları gülləbaran ediblər. Tunisin Səhiyyə nazirliyinin yaydığı məlumata görə, hücum nəticəsində ölənlərin sayı 37-yə çatıb, daha 36 nəfər yaralanıb. Güllələnənlər arasında Rusiya, Almaniya və Böyük Britaniyalı turistlərin də olduğu bildirilir.

Küveyt paytaxtındakı şiə məscidində terrorçu-kamikadze partlayıcı qurğu quraşdırıb və onun partlaması nəticəsində 24 nəfər ölüb. Bu terrorla bağlı məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İŞİD bu gün Suriyanın Kobani şəhərində 150-yə yaxın adamın öldürülməsini də öz aktivinə yazdırıb.

Fransanın cənub-şərqindəki Sen-Kentan-Favalye şəhərciyində isə iki terrorçu yerli Kimya zavoduna hücum ediblər və zavodun darvazasına İŞİD-in bayrağı ilə yanaşı qonşu şəhərdən olan nəqliyyat kampaniyasının öldürülmüş menecerinin başını mismarlayıblar.

Gazeta.ru bu terror hadisələri ilə Rusiya siyasətinin patriarxı Yevgeni Primakovun ölməsi arasında maraqlı paralel gətirib. Burada xatırladılıb ki, Primakov dəfələrlə Qərblə Rusiyanın terrorizmlə birgə mübarizə aparmasının vacibliyini qeyd etmişdi. İndi Rusiya ilə Qərb "soyuq müharibə"ni bərpa etməklə məşğul olarkən, terrorçular özlərini təhlükəsizlikdə hiss edirlər.

Teqlər:
İŞİD

Əsas mövzular