17:44 03 Dekabr 2016
Canlı yayım
MÖVZULAR

Erməni müğənninin Qarsda konsert verməsi ülküçüləri qəzəbləndirib

MÖVZULAR
Qısa URL
11 0 0

Tolga Adıgözəl: Çox yox, cəmi 23 il əvvəl Qarabağda, Xocalıda yüzlərlə soydaşımıza soyqırım edən bu ermənilər deyildimi?

BAKI, 25 iyun – Sputnik. Ermənistanın məşhur caz ifaçısı Tiqran Hamasyanın Qarsda yaşayan erməni azlıq üçün bu şəhərdə konsert verməsinə türk milliyyətçisi, Qars Ülkü Ocaqlarının rəhbəri Tolqa Adıgözəl sərt reaksiya verib. 

O, konsertin təşkilatçılarına xəbərdarlıq edib və vilayətdə erməni ovuna çıxa biləcəkləri ilə hədələyib.

Tolqa Adıgözəl təşkil etdiyi mətbuat konfransında, konsertin keşiş geyimləri ilə keçirilməsini iyrənclik adlandırıb. 

“Qarsın hər bir qarış torpağında şəhidlərin qanı var. 1915-ci il hadisələrində yüzminlərlə müsəlman türk qardaşımız bu ermənilər tərəfindən soyqırım və qırğınlara məruz qalmadımı? Çox yox, cəmi 23 il əvvəl Qarabağda, Xocalıda yüzlərlə soydaşımıza soyqırım edən bu ermənilər deyildimi? Hərkəs həddini biləcək və addımlarını ona görə atacaq. Satılmışlar, xainlər səbrimizi sınamasınlar. Qarsın küçələrində bizi erməni ovuna çıxmağa məcbur etməsinlər”, — deyə Tolqa Adıgözəl bildirib. 

Tolqa Adıgözəl Türkiyənin Ermənistana uzatdığı əlin qarşılıqsız qaldığını xatırladıb. 

“Biz türklər onların müqəddəs saydıqları yerlərdə konsert verə bilərikmi? Türk bayrağı qaldıra bilərikmi? Bəlkə hələlik bunu etmirik, amma edə bilməyəcəyimiz anlamına gəlməməlidir”, – deyə Adıgözəl əlavə edib.

Tolqa Adıgözəl bir daha belə bir vəziyyət yaranacağı təqdirdə lazımi tədbirlər görəcəklərini deyib.

Əsas mövzular