06:10 11 Dekabr 2016
Canlı yayım
Bakı-2015 şokoladı

"Bakı-2015" şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə bilər

trend
MÖVZULAR
Qısa URL
33 0 0

"Nikolya şokolad muzeyi" sərgisinin təşkilatçıları dünyanın ən böyük şokolad tablosu olan "BAKI-2015" haqqında “Ginnesin rekordlar kitabı”na müraciət ediblər.

BAKI, 24 iyun — 2015-ci il. Nikolay Popovun müəllif sərgisində yer alan və I Avropa Oyunlarına həsr edilən şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə bilər.

Sputnik Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən bildirir ki, mayın 15-də Avropa Oyunları ərəfəsində keçirilən “Nikolya şokolad muzeyi” sərgisini indiyədək 15 min insan ziyarət edib.

Sərginin təşkilatçısı Andrey Leynin sözlərinə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqqında “Ginnesin rekordlar kitabı”na müraciət ediblər.

“Bakı-2015" şokolad tablosunun çəkisi 215 kiloqramdır.

Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək.

Əsas mövzular