10:48 03 Dekabr 2016
Canlı yayım
Ermənistan əsgəri

Ermənistan hərbi əməliyyatlara Livan Suriyadan muzdlular cəlb edir

ANN
MÖVZULAR
Qısa URL
49 0 0

Zakir Həsənov: Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir.

BAKI, 24 iyun-Sputnik. Ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi. 

Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Müdafiə naziri, general polkovnik Zakir Həsənov bəyan edib.

“Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq” — deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır: “Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan — Livandan və Suriyadan muzdluları cəlb edir.”


Əsas mövzular