10:43 03 Dekabr 2016
Canlı yayım
Ada Kolau - Barselona meri

Barselona meri fahişələr skeytbordçular üçün cərimələri azaldacaq

blog.iodonno.it
MÖVZULAR
Qısa URL
27 0 0

Mer Ada Kolau deyib ki, cərimələr onsuz da asan həyatı olmayan fahişələrin həyatını daha da çətinləşdirir.

BAKI, 19 iyun — Sputnik. İspaniyanın Barselona şəhərinin meri fahişələr və skeytbordçular üçün cərimələri azaltmağı söz verib. 

Sputnik  İspaniyanın Local qəzetinə istinadən xəbər verir ki, mer Ada Kolau ötən həftə şəhər rəhbəri kimi kütlə qarşısında çıxış edərkən deyib ki, cərimələr onsuz da asan həyatı olmayan fahişələrin həyatını daha da çətinləşdirir. Hər bir qadın küçə cinayətkar qruplarına seks-xidmətlər göstərmək məcburiyyətində qalır. Kolaunun fikrincə, mütəşəkkil fahişəlik və seksual istismarla mübarizə sahəsində qüvvələri səfərbər etmək lazımdır. 

Bundan başqa mer qadağan olunmuş rayonlarda gəzən skeytbordçuların da cərimələrini azaltmağı söz verib. Hazırda onların cəriməsi 1500 Avrodur. 

Fahişəlik İspaniyada 1995-ci ildən cinayət hesab olunmur. Lakin "gecə kəpənəkləri"nin istismar olunması, onların satılmasına görə cəzalar mövcuddur. Kataloniyada 2012-ci ildən etibarən küçə fahişəliyinə görə cərimələr tətbiq olunur və bu cərimələri təkcə "sevgi fədailəri" deyil, onların müştəriləri də ödəyir.

41 yaşlı Ada Kolay mer seçilənə qədər Indignados (Qəzəblənmiş) ictimai hərəkatının rəhbəri və fəal vətəndaş kimi tanınırdı. O, yoxsul əhaliyə qarşı zorakılğın əleyhinə çıxışlar edib. Seçkilərdə Kolaunu Podemos (Biz) partiyası dəstəkləyib və o, partiyanın Barcelona en Comu siyahısında ən çox səs toplayan şəxs olub. 


Əsas mövzular