21:25 09 Dekabr 2016
Canlı yayım
Vladimir Modosyan - erməni əsilli rusiyalı məşqçi

Erməni məşqçi Bakıya heyran olub

amornews
MÖVZULAR
Qısa URL
35 0 0

Vladimir Modosyan: Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var.

BAKI, 19 iyun — Sputnik. Burada hər şey çox yüksək səviyyədə təşkil olunub — dəqiq, savadlı, səliqəli və mükəmməl. Bakı-2105” I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn sərbəst güləş üzrə Rusiya yığma komandasının məşqçisi Vladimir Modosyan Bakı haqqında təəssüratlarını bölüşərkən belə deyib.

Sputnik AMOR News nəşrinə istinadən xəbər verir ki, erməni əsilli idman mütəxəssisi Azərbaycanın iddman sahəsində mötəbər turnir olan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini deyib. "Təşkilat Komitəsinin üzvləri çox xeyirxahdır, hər bir qonağa nəzakətlə yanaşırlar. Əgər kiminsə hər hansı problemi yaranırsa, bir neçə dil bilən könüllülər dərhal yaxınlaşıb kömək edirlər, suallara cavab verirlər. Mən hesab edirəm ki, bu idman bayramı həddən artıq yüksək səviyyədə baş tutdu." — deyə Modosyan bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsinin erməni idmançılarının “Bakı-2015”dəki çıxışlarına təsirinə toxunarkən deyib: "Siyasət idmana təsir göstərə bilməz, göstərməməlidir. Çoxları elə düşünürdü ki, burada erməni-azərbaycanlı münaqişəsi ilə bağlı bu və ya digər formada hansısa bir problem yarana bilər. Lakin Avropa Oyunlarında hər şey tamamilə başqa cürdür. Bura yalnız idmanı sevən və ona hörmət edən insanlar toplaşıb. Onların hamısının yalnız bir məqsədi var — qalib gəlmək, qələbə qazanmaq.”

Rusiya millisinin erməni əsilli məşqçisi Bakıya valeh olduğunu da söyləyib: “Mən Bakıdan sadəcə heyrətə gəlmişəm. Müasir binalar və idman zalları, idmançıların yaşadığı kənd — heç də hər ölkədə belə ideal şərait yoxdur. Bununla hər bir ölkə öyünə bilər. Bakının gözəlliyi bütün qonaqları, o cümlədən məni valeh edib. Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var.”

Əsas mövzular