23:13 09 Dekabr 2016
Canlı yayım
Cənubi Koreya xəstəlik

Səudiyyə Ərəbistanına Cənubi Koreyaya getməyin!

vk.com
MÖVZULAR
Qısa URL
10 0 0

Dünya səhiyyə təşkilatı Koreya həkimlərinin öldürücü MERS virusunu sağaltmağın yollarını tapdığını bildirib.

BAKI, 19 iyun-Sputnik. Yeni öldürücü virus MERS dünyanı cənginə alıb. Təkcə Cənubi Koreyada bu virusa yoluxanlardan 24 nəfər dünyasını dəyişib.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanı öz cənginə alan bu öldürücü virusa yoluxanlardan 24 nəfər ölüb, 166 nəfər isə ciddi müalicə altındadır. Ümumiyyətlə 5930 nəfər bu yoluxma ilə karantinə cəlb olunub. Müalicəyə cəlb olunanlardan ancaq 30 nəfər sağalıb.

Məsələ ilə bağlı Dünya səhiyyə təşkilatının Baş direktoru Marqarit Çan çıxış edib və öz narahatlığını bildirib. O eyni zamanda koreyalı həkimlərin səylərini də təqdirəlayiq hesab edərək, bu sahədə uğura imza atıldığını bildirib. Artıq koreyalı həkimlər bu virusa yoluxanları sağaltmağın yolunu tapıblar. Çan bununla belə, təhlükənin qaldığını deyib.

Bu öldürücü virusun yayılmasından sonra bir çox ölkələr vətəndaşlarını bu qrip virusunun daha çox yayıldığı Səudiyyə Ərəbistanına və Cənubi Koreyaya turist səfərlərindən çəkinməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik 35% hallarda ölümlə nəticələnir.

İlk dəfə virus Yaxın Şərqdə, Səudiyyə Ərəbistanında aşkarlanıb. Məhz ona görə xəstəliyin adı "Middle East respiratory syndrome"dur (MERS).

Səudiyyə Ərəbistanında 950 mindən artıq insan sözügedən virusa yoluxub. Yoluxmuşlardan 412 nəfər vəfat edib.

MERS xəstəliyi nəfəs orqanlarına soyuqdəyməsi formasında özünü büruzə verir.

 

 

Əsas mövzular