21:21 09 Dekabr 2016
Canlı yayım
NATO Secretary General Jens Stoltenberg gestures as he speaks during a news conference in Riga

NATO-nun baş katibi Ukraynaya gedəcək

© REUTERS/ Ints Kalnins
MÖVZULAR
Qısa URL
5 0 0

Ekspertlər Yens Stolteberqin səfərindən sonra Ukrayna hakimiyətinin Donbasda hərbi əməliyyatları bərpa edəcəyini istisna etmirlər.

BAKI, 19 iyun-Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanaya səfər edəcək. Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, NATO baş katibi mətbuata açıqlamasında səbrsizliklə Kiyevə səfər  edəcəyini gözlədiyini deyib. "Səbrsizliklə səfəri gözləyirəm. Səfər üçün münasib vaxt olan kimi Kiyevə gedəcəyəm" — deyə Stoltenberq bildirib.

Bu, Stoltenberqin NATO-nun baş katibi postuna gəldiyi müddət ərzində Kiyevə ilk səfəri olacaq.

Ekspertlər onun Kiyevə səfərini NATO-nun Ukrayanaya rəsmi dəstəyinin nümayişkəranə göstəricisi hesab edirlər. Hətta onun səfərindən sonra Ukrayna hakimiyətinin Donbasda hərbi əməliyyatları bərpa edəcəyini istisna etmirlər.

NATO baş katibi Ukrayna böhranı və bu böhranın davam etməsinə toxunaraq bu məsələdə Rusiyanı qınayıb. O deyib ki, son aylarda  Rusiya Ukrayandakı separatçılara hərtərəfli dəstəyini davam etdirib və separatçılara mindən artıq ağır texnika verib. Bu texnikalar arasında artilleriya qurğuları, tanklar və hətta Hava Hücumundan müdafiə sistemləri var." —deyə Stoltenberq vurğulayıb.

Əsas mövzular