06:13 11 Dekabr 2016
Canlı yayım
10 dollar

Üzərində qadın şəkli olan 10 dollar dövriyyəyə buraxılacaq

sputnik.az
MÖVZULAR
Qısa URL
10 0 0

Amerikalı qadınlara seçkilərdə səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə dövriyyəyə buraxılacaq yeni 10 dollarlıq əskinasda kimin şəklinin yer alacağı hələlik bilinmir.

BAKI, 18 iyun – Sputnik. Amerika Birləşmiş Ştatları Xəzinə naziri Cek Lyu, 2020-ci ildən etibarən 10 dollarlıq əskinaslarda dəyişiklik olacağını xəbər verib. 

Amerikalı qadınlara seçkilərdə səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə dövriyyəyə buraxılacaq yeni 10 dollarlıq əskinasda qadın portretinə yer veriləcək. 

Nazir Cek Lyu bundan qürur duyacaqlarını deyib. 

Qeyd edək ki, ABŞ-da pul üzərində ilk qadın rəsmi 1891-1896-cı illərdə yer alıb. O zaman, 1 dollarlıq əskinaslarda  Marta Vaşinqtonun portreti əks olunmuşdu. 

Yeni 10 dollarların üzərində kimin portretinin yer alacağı hələlik bilinmir. 

ABŞ qanunlarına görə, o qadın ancaq dünyasını dəyişən insanlardan olmalıdır. 


Əsas mövzular