14:32 07 Dekabr 2016
Canlı yayım
dollar

Milyonçuların sayı rekord həddə çatıb

© Sputnik / odollara.ru
MÖVZULAR
Qısa URL
22 0 0

2014-cü ildə dünyada milyonçuların sayı bir milyon nəfər artıb.

BAKI, 18 iyun – Sputnik. 2014-cü ildə dünyada milyonçuların sayı bir milyon nəfər artıb. 

Sputnik xəbər verir ki, "RBC Wealth Management" və "Capgemini" şirkətlərinin "Dünya varlıları 2015" hesabatında bu haqda məlumat verilib.

Məlumata görə, 2014-cü ildə sərvəti bir milyon dolları aşanların sayı 920 min nəfər artıb.

Beləliklə, dünyadakı milyonçuların sayı rekord həddə — 14,6 milyon nəfərə çatıb.

Yeni milyonçuların 346 min nəfəri ABŞ vətəndaşıdır. Milyonçularının sayı 4 milyon 351 nəfər olan ABŞ dünya üzrə varlılar siyahısına başçılıq edir. Ondan sonrakı yerlərdə 2 milyon 452 min milyonçu ilə Yaponiya, bir milyon 141 minlə Almaniya gəlir. Milyonçularının sayı ötən il 17% artan Çin isə bu sıralamada 4-cü yerdədir.

Dünyadakı milyonçuların 60 faizi bu dörd dövlətin payına düşür.

Ötən il Braziliya, Meksika, Rusiya və Hollandiyada isə milyonçuların sayı azalıb. Türkiyə bu siyahıda ilk 25 dövlətin sırasına düşə bilməyib.

2013-cü illə müqayisədə 2014-cü ildə Hindistanda milyonçuların sayı 26% artıb.


Əsas mövzular