10:46 03 Dekabr 2016
Canlı yayım
MÖVZULAR

Fransız senator: Azərbaycan radikal islama qarşı mübarizə aparır

MÖVZULAR
Qısa URL
5 0 0

Natale Qule: Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır.

BAKI, 18 iyun — Sputnik. Fransa senatının üzvü Natali Qule bəzi tənqidçilərin Azərbaycanda “demokratik dəyərlər”in tanınmadığı barədə iddialarını rədd edən açıqlama verib. 

Sputnik APA-ya istinadən xəbər verir ki, Natale Qule Azərbaycanın 24 yaşlı çox gənc bir ölkə olduğunu, aşkar şəkildə Ermənistanla müharibə şəraitində olduğunu, bu səbəbdən tez-tez ölüm halları ilə üzləşdiyini, lakin bu barədə danışılmadığını deyib.  

Opinion-internationale-yə açıqlamasında Qule Azərbaycanın Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işlədiyini deyib: "Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu oyunlarda iştirak etdi”.

Senatorun sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır.  Azərbaycan sürətlə inkişaf edir. 1921-ci ildən Azərbaycanda qadınlara səs vermə hüququ verilib. Tamamilə dünyəvi respublikadır. Burda yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid bir ölkə olmasına baxmayaraq, İsrail ilə sıx diplomatik əlaqələri var. Burada heç vaxt anti-semitizm problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır”.

Əsas mövzular