10:00 08 Dekabr 2016
Canlı yayım
MÖVZULAR

Tənzilə Rüstəmxanlı DAK-ın sabiq sədrini hədələyib

MÖVZULAR
Qısa URL
22 0 0

DAK müşaviri: ƏjdərTağızadə təşkilata müəyyən qüvvələr tərəfindən hansısa maraqlar üçün ezam olunduğu təəssüratını yaradır.

BAKI, 18 iyun-Spunik. Dünya Azərbaycanlıları Konqresi (DAK)  həmsədrlərinin Türk Dünyası üzrə müşaviri, Azəri-Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı DAK-ın sabiq sədri, Cənubi Azərbaycandan olan Əjdər Tağızadəni məhkəmə ilə hədələyib.

Sputnik xəbər verir ki,  Rüstəmxanlı Tağızadənin son günlərdə verdiyi açıqlamalardan əsəbləşərək belə bir bəyanat verib.  

Rüstəmxanlı deyib ki, ƏjdərTağızadə yenə də böhtan maşınını işə salaraq DAK, təşkilatın üzvləri və  həmsədləri, o cümlədən, Sabir Rüstəmxanlı və onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı haqqında tam mahiyyətinə uyğun müsahibələr verir.

“İnsan şəxsiyyətinin alçaldılması və təhqir olunması maddəsi ilə cinayət işi açıla biləcək qədər cinayət tərkibli fikirlərin müəllifi ƏjdərTağızadə illərlə içində olduğu proseslərə kənarda imiş kimi münasibət bildirərkən, görünür iştirakçısı və ittihamçısı olduğu təşkilatda öz payını, fərd olaraq daşımış olduğu hüquqi statusunu unudub. O, müsahibə boyu iki dəfə təkrarən Azərbaycan Diaspor Komitəsinin (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-r.) sədri Nazim İbrahimova müraciət edərək pul istədiyini bildirib. Beləliklə də, DAK Daimi Şurasının sədri özünün əleyhinə müəyyən faktlar vermiş olur. Belə ki, Konqresin Nizamnaməsinə əsasən,təşkilatın maliyyə məsələləri Daimi Şura sədri tərəfindən deyil, DAK həmsədrlərinin nəzarətində olan bank hesabı ilə nizamlanır. Adı çəkilən quruma maliyyə dəstəyi ilə bağlı yalnız həmsədrlərin birgə razılığı olduğu halda müraciət edilə bilər. Müsahibədə işlətdiyi cümlələrdə ƏjdərTağızadə əməlləri ilə vəzifəsi arasındakı bu təzadı fərqində olmadan öz dili ilə etiraf edir və birmənalı olaraq bu təşkilata müəyyən qüvvələr tərəfindən hansısa maraqlar üçün ezam olunduğu təəssüratını yaradır.” – deyə xanım Rüstəmxanlı bildirib.

DAK müşaviri Tağızadəni təşkilata zərbə vurmağa çalışmaqda ittiham edib: “Konqresin İstanbulda keçirilmiş XIII Qurultayında öz istəyi əsasında könüllü istefa verən Tağızadə təəssüf ki, uzun müddət bu təxribatçı fəaliyyətini pərdələməyi bacarıb. İllərlə onu yaxından tanıyan güneyli soydaşlarımızın və mühüm simaların təşkilatdan uzaq qalmasına səbəb olub. O, istefa verməsinə baxmayaraq, bu gün də bədnam fəaliyyətindən qalmır, birləşmədən sonra yeni müsbət fəaliyyət yönümü ilə yola çıxmış təşkilata anti-Azərbaycan qüvvələrin dəstəyi ilə zərbə vurmağa çalışır. Əslində, bu təxribatların hədəfi yalnız ayrı-ayrı şəxsləri gözdən salmaq deyil, birləşmədən sonrakı fəaliyyətində millət və dövlət maraqlarının ifadəsi baxımından müsbət dönüşə nail olmuş DAK-I yenidən parçalamaq və fəaliyyətsiz duruma  salmaqdır.”

Tənzilə Rüstəmxanlı hazırda xaricdə olan DAK həmsədri Sabir Rüstəmxanlının Tağızadənin fikirlərilə bağlı cavab və açıqlamanı ölkəyə qayıtdıqdan sonra verəcəyini bildirib. 

O, Əjdər Tağızadənin əməllərini məhkəmədə sübut etməli olduğunu deyib. 


Əsas mövzular