18:37 10 Dekabr 2016
Canlı yayım
MÖVZULAR

Çin oruc tutmağı qadağan etdi

MÖVZULAR
Qısa URL
30 0 0

Dünya Uyğur Konqresinin vitse prezidenti Seyid Tumturk Çin dövlətinin qərarını qınayıb.

BAKI, 18 iyun – Sputnik. Çin hökuməti keçən il olduğu kimi bu il də dövlət məmurlarının oruc tutmasına qadağa qoyub. 

Sputnik Timeturk-a istinadən xəbər verir ki, qadağa Şərqi Türküstan olaraq da tanınan Uyğur bölgəsində ictimai dövlət obyektlərində işləyən vətəndaşlara şamil edilir.

Bundan başqa restoran sahiblərinə, oruc saatlarında öz obyektlərini açıq saxlamaq tapşırığı verilib.

Dünya Uyğur Konqresinin vitse prezidenti Seyid Tumturk Çin dövlətinin qərarını qınayıb. O. rəsmi Pekinə beynəlxalq təzyiq göstərilməsini ümid etdiklərini deyib.


Əsas mövzular