21:22 09 Dekabr 2016
Canlı yayım
Park Bulvar

Bakıdakı kinoteatrlarda hansı ölkənin filmlərinə daha çox baxılır?

sputnik.az
MÖVZULAR
Qısa URL
19 0 0

Nizami Kino Mərkəzinə gün ərzində təqribən 50 izləyici gəlir

BAKI, 17 iyun – Sputnik. Paytaxt Bakıda son illər ərzində müasir standartlara cavab verən kifayət qədər kinoteatrlar açılıb və fəaliyyət göstərir. Yerli filmlərlə yanaşı, beynəlxalq arenada çəkilən ən son kinolar şəhərdəki sinema klublara gecikdirilmədən gətirilir. Üstəlik seans qiymətləri də baha deyil, münasibdir. 

Paytaxt əhalisinin əksəriyyətini gənclərin təşkil etdiyini nəzərə alaraq, kinoya olan axının səviyyəsini öyrənmək üçün bəzi kinoteatrlarla əlaqə saxladıq. 

Nizami Kino Mərkəzindən bildiriblər ki, bura gələnlərin əksəriyyəti daha çox türk filmlərinə baxmağı üstün tutur. Ümumiyyətlə, kinoya baxmaq üçün gələnlərin sayının isə qənaətbəxş olmadığı qeyd edilib. İşçilər gün ərzində kinoteatra təxminən 50-ə yaxın izləyicinin gəldiyini söyləyiblər.

Park Cinema kinoteatrlar şəbəkəsində isə vəziyyət nisbətən normaldır. Rəhbərlik izləyici axınından şikayətçi olmadıqlarını deyir. 

Park Cinema mərkəzinin Marketing üzrə direktoru Musa Axundov bu haqda Sputnik-ə açıqlamasında bildirib.

“Bura üz tutan tamaşaçılar əsasən Hollivud və Azərbaycan filmlərini daha çox seyr edirlər. Komediya və aksiyon janrlarına üstünlük verilir. Qorxulu kinolara baxmaq üçün gələnlərin də sayı az deyil” — deyə Axundov əlavə edib. 

Əsas mövzular