23:53 06 Dekabr 2016
Canlı yayım
Jeb Buş - ABŞ prezidentliyinə namizəd

Ceb Buş ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

floridapolitics
MÖVZULAR
Qısa URL
52 0 0

Qalib gələcəyi təqdirdə o, Buş ailəsinin ABŞ prezidenti olan 3-cü nümayəndəsi olacaq.

BAKI, 16 iyun — Sputnik. Respublikaçı Ceb Buş bazar ertəsi rəsmən öz namizədliyini ABŞ prezidentliyinə irəli sürüb.

O, 2016-cı il seçkilərində iştirak edəcəyi barədə Mayami (Florida ştatı) şəhərində tərəfdarları qarşısında etdiyi çıxışda bildirib. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Ceb Buş çıxışında "Kampaniya bu gündən başlayır. Mən namizəd olacağam" — deyə bildirib.

Floridanın 62 yaşlı keçmiş qubernatoru özünü Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən biri hesab edir. Qalib gələcəyi təqdirdə o, ABŞ-ın Buş ailəsindən üçüncü prezidenti olacaq (əvvəlki iki prezident ata Corc Buş və kiçik Corc Buş olub). İndiyədək ABŞ-ın ailə klanlarından heç birində belə bir hal olmayıb.    

Buş hesaba alınmasa, gələn ilin noyabrında keçiriləcək ABŞ prezidentinin seçkilərində iştirak etmək üçün indiyədək Respublikaçılar Partiyasından on namizəd ortaya çıxıb. Onlar senatorlardan Marko Rubio, Rend Pol, Ted Kruz və Lindsi Qrem, sabiq Texas, Nyu York və Arkanzas qubernatorlarından Rik Perri, Corc Pataki və Mayk Hakabi,  keçmiş senator Rik Santorum, həmçinin biznes-ledi Karli Fiorina və cərrah Ben Karsondur. 

Respublikaçılardan praymerizdə onlarla potensial namizədin iştirak edəcəyi gözlənilir. Onların arasında Ceb Buşun ən güclü rəqibləri konservator Marko Rubio və hələ mübarizəyə qoşulmamış Viskonsin qubernatoru Skott Uokerdir. 

Demokratlar partiyasından prezident postuna əsas namizəd keçmiş birinci xanım və dövlət katibi Hillari Klintondur. 

Hazırkı ABŞ prezidenti Barak Obama ikinci prezidentlik müddətini başa vuracağı üçün mövcud qanunvericiliyə görə yenidən namizəd ola bilməz. 


Əsas mövzular