06:09 11 Dekabr 2016
Canlı yayım
Hillari Klinton

Klinton: Rusiya, Şimali Koreya İran ABŞ üçün təhlükə olaraq qalır

hillaryclinton.com
MÖVZULAR
Qısa URL
32 0 0

Heç bir ölkə kiberhücumların və İslam dövlətlərinin transmilli terror şəbəkəsinin artan təhdidlərinə cavab verməyə hazır deyil.

BAKI, 14 iyun — Sputnik. ABŞ prezidentliyinə namizəd Hillari Klinton ilk seçkiqabağı çıxışında söz verib ki, Amerikanın təhlükəsizliyi üçün nə lazımdırsa, edəcək. Çünki başqa heç bir ölkə XXI əsrdə inkişaf etmək üçün Amerika qədər əlverişli imkana malik deyil.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Hillari Klinton şənbə günü Nyu Yorkda ABŞ prezidentliyinə namizədliyi elan olunandan sonra namizəd kimi etdiyi ilk çıxışında Rusiya, Şimali Koreya və İranın Birləşmiş Ştatlar üçün ənənəvi təhlükə olaraq qaldığını bildirib.    

O, Amerikanın imkanlarını dəyərləndirərək deyib: "Heç bir ölkə XXI əsrdə inkişaf etmək üçün Amerika qədər əlverişli imkana malik deyil. Heç bir ölkə Rusiya, Şimali Koreya və İran kimi ölkələrin ənənəvi təhdidlərinə daha yaxşı cavab verə, Çin kimi yeni yüksələn gücün öhdəsindən gələ bilməz. Heç bir ölkə kiberhücumların və İslam dövlətlərinin transmilli terror şəbəkəsinin artan təhdidlərinə cavab verməyə hazır deyil." 

"Mən sizin prezidentiniz kimi Amerikanın təhlükəsizliyi üçün zəruri olan hər şeyi edəcəyəm." — deyə Klinton əlavə edib.  

Hillari Dayan Rodham Klinton  26 oktyabr 1947-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. ABŞ siyasətçisi, 42-ci ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı, 1993-2001-ci illərdə ölkənin birinci xanımı, 44-cü ABŞ prezidenti Barak Obama administrasiyasında dövlət katibi olub.

ABŞ Demokrat Partiyasının üzvüdür. 2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilib. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olub. 2001-2009-cu illərdə Nyu-York ştatından senator olan Hillari daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kampaniyasında (praymeriz) iştirak edib və Barak Obamadan sonra ikinci nəticə əldə edib.

Hazırda Bill Klintonla evlidir və Çelsi adlı bir qızı var.

1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edib ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

6 iyun 2012-ci ildə ABŞ Dövlət katibi kimi Azərbaycana rəsmi səfər edib.

 

 

Teqlər:
Hillari Klinton, ABŞ

Əsas mövzular