23:47 06 Dekabr 2016
Canlı yayım
Asim Mollazadə

Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişə inanmıram

demreforms.org
MÖVZULAR
Qısa URL
13 0 0

Asim Mollazadə: Bu səfərə sadəcə Rusiya prezidentinin Avropa oyunlarında iştirakı nöqteyi-nəzərindən baxmaq lazımdır.

BAKI, 10 iyun-Sputnik. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirəcəyi görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı ciddi irəliləyişə nail olunacağına inanmıram. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin əsas məqsədi Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimində iştirakdır: “Təbii ki, hər zaman olduğu kimi yüksək rütbəli siyasi liderlərin səfəri zamanı müxtəlif səviyyəli görüşlər keçirilir və bu görüşdə də Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin müzakirəsi gözləniləndir. Amma Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə inanmıram. Ona görə də bu səfərə sadəcə Rusiya prezidentinin Avropa oyunlarında iştirakı nöqteyi-nəzərindən baxmaq lazımdır.”

Mollazadə deyib ki, mütəmadi olaraq belə görüşlər keçirilir və onların hansı şəraitdə baş tutmasından asılı olmayaraq, Azərbaycanın taleyüklü məsələləri müzakirə olunur. Lakin bu o demək deyil ki, həmin görüşdən hər hansı böyük nəticə gözləməliyik.


Əsas mövzular