23:53 06 Dekabr 2016
Canlı yayım
UN Secretary General Ban Ki-moon

Pan Gi Muna BMT-nin icra edilməmiş qətnamələrini xatırladacaqlar

© Sputnik / Sergey Guneev
MÖVZULAR
Qısa URL
16 0 0

Sevinc Fətəliyeva: Biz baş katibə Ermənistanın işğalçılıq siyasəti və bu münaqişənin indiyədək həll olunmamasında BMT-nin tutduğu mövqe barədə suallar verəcəyik.

BAKI, 10 iyun-Sputnik. Azərbaycanın AŞPA-kı nümayəndə heyəti BMT Baş katibinə müraciət edəcək. AŞPA-nın yay sessiyasının açılışında BMT Baş  katibi Pan Gi Mun iştirak edəcək və onun çıxışı nəzərdə tutulur. Azərbaycan nümayəndə heyəti onun AŞPA-da çıxışından istifadə edərək ona bir çox suallar ünvanlayacaq. Bu barədə Sputnik-ə açıqlamasında Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva bildirib. O, deyib ki, biz Pan Gi Munun iştirakından istifadə edərək Azərbaycanı narahat edən bir sıra sulları ünvanlayacağıq: “Bildiyiniz kimi BMT dünyada ən mötəbər beynəlxalq təşkilatdır və bu təşkilata ünvanlayacaq bir çox vacib suallarımız var. Bu suallar əsasən Qarabağ probleminin həlli, Ermənistanın işğalçılıq siyasəti və bu münaqişənin indiyədək həll olunmamasında BMT-nin tutduğu mövqe, xüsusən də təşkilatın problemin həlli ilə əlaqədar olaraq 20 ildən artıq bir müddətdə qəbul etdiyi qətnamələrin icra edilməməsi və digər məsələlərlə bağlı olacaq.”

AŞPA-nin yay sessiyasında Azərbaycanda demokratiyanın  və demokratik təsisatların inkişafı ilə bağlı müzakirəyə çıxarılacaq məsələ barədə məlumat verən Fətəliyeva deyib ki, Azərbaycan nümayəndə heyəti məruzənin müzakirəsi zamanı səslənən fikirlərlə bağlı öz mövqeyini ortaya qoyacaq: “Biz hər zaman olduğu kimi milli maraqlarımızı müdafiə edəcəyik. Səslənən fikirlərlə bağlı və Azərbaycandakı real vəziyyəti, həqiqətləri oradakı deputatların diqqətinə çatdıracağıq. Bildiyiniz kimi AŞPA-da Azərbaycanın dostları olan kifayət qədər deputat var və onlar ölkəmizdəki real vəziyyəti yaxşı bilirlər. Odur ki, bizim mövqeyimizi dəstəkləyəcəklər. Biz sessiya müddətində bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.”

Əsas mövzular