21:59 02 Dekabr 2016
Canlı yayım
Şahin Cəfərli

Azərbaycan yeni eraya hazırlaşmaq üçün strategiyalar hazırlamalıdır

© Sputnik /
MÖVZULAR
Qısa URL
14 0 0

Şahin Cəfərli: Qlobal enerji korporasiyaları regenerativ enerjiyə qoyacaqları yatırımları getdikcə artıracaqlar.

BAKI, 10 iyun — Sputnik. İyunun 7-8-də Almaniyada keçirilmiş G7 toplantısı Azərbaycanda diqqətdən kənarda qalıb. Halbuki, orada dünyanın gələcəyi ilə bağlı çox önəmli qərar qəbul olunub.Bu fikri Sputnik-ə açıqlamasında politoloq Şahin Cəfərli deyib. "Planetin aparıcı dövlətləri ənənəvi (karbohidrogen) enerji mənbələrindən imtina (dekarbonizasiya) kursunu elan ediblər. Neft-qaz öz ağırlığını hələ bir müddət saxlayacaq, amma tədricən alternativ (bərpa olunan) enerjinin çəkisi artmağa başlayacaq, bu isə neft və qaza olan tələbatın və əlbəttə ki, onların dəyərinin azalmasına gətirib çıxaracaq (bu proses artıq başlayıb). Qlobal enerji korporasiyaları regenerativ enerjiyə qoyacaqları yatırımları getdikcə artıracaqlar. XXI əsrin sonlarına qədər dünyada "yaşıl" (təmiz) enerjidən istifadə səviyyəsi ciddi şəkildə yüksələcək, nəticədə neft və qazın hegemon roluna son qoyulacaq." — deyə Cəfərli bildirib.

O, Azərbaycanın enerji siyasətinə və geopolitik məkandakı yerinə yenidən baxması lazım gəldiyini də ifadə edib: "Azərbaycanın yeni eraya hazırlaşmaq üçün ləngimədən strategiyalar hazırlayıb həyata keçirməsi, iqtisadiyyatını gerçək anlamda diversifikasiya etməsi zərurəti ortadadır. Biz yüksək texnologiyaların istehsalçıları ilə konfrontasiyaya getməməyə çalışmalıyıq. Rusiya ilə gələcək münasibətləri də diqqətlə nəzərdən keçirməliyik."

Əsas mövzular