23:18 09 Dekabr 2016
Canlı yayım
Çingiz Qənizadə

Avropa institutları Azərbaycanın daxili işlərinə qarışırlar

minval.az
MÖVZULAR
Qısa URL
13 0 0

Çingiz Qənizadə: AŞPA bir çox hallarda Azərbaycanla bağlı əvvəl bir söz deyib, sonra isə tamamilə fərqli addım atıb.

BAKI, 9 iyun-Sputnik. Digər beynəlxalq təşkilatlarda olduğu kimi AŞPA da Azərbaycana qarşı ikili münasibət və standart tətbiq edən təşkilatlardan olub. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. 

Onun sözlərinə görə, AŞPA bir çox hallarda Azərbaycanla bağlı əvvəl bir söz deyib, sonra isə tamamilə fərqli addım atıb: “Əgər yay sessiyasında Azərbaycanla bağlı müzakirələr zamanı hər hansı qərar qəbul ediləcəksə və ya arqumentlərə söykənməyən müzakirələr aparılacaqsa, o zaman Azərbaycan tərəfi də öz sözünü deyəcək. Təkcə Azərbaycanın AŞPA-kı nümayəndə heyəti deyil, eyni zamanda ölkədəki ictimai-siyasi təşkilatlar da bu məsələyə biganə yanaşmayacaqlar və mövqelərini ortaya qoyacaqlar.”

Ç.Qənizadə bildirib ki, bir hüquq müdafiəçisi kimi AŞPA-nın yay sessiyasında iştirak edəcək: “Bir qrup hüquq müdafiəçisi kimi mən də yay sessiyasında iştirak edəcəyəm və orada deyiləsi kifayət qədər sözümüz var.”

Ç.Qənizadənin fikrincə, istər AŞPA olsun, istərsə də digər Avropa strukturları, onların Azərbaycanla bağlı qərəzli qərarları, bəyanatları biz hüquq müdafiəçilərinin  fəaliyyətinə maneçilik törədir: “Yəni biz hüquq müdafiəçiləri Azərbaycan hakimiyyəti ilə danışıqlar yolu ilə  hansısa məhbusun azad olunmasına nail oluruqsa, o zaman kəskin bəyanatlar verib tələb etmək nəyə lazım. Əksinə belə bəyanatlar hakimiyyətdə qıcıq yaradır və əks reaksiya doğurur. Bu cür bəyanatlar bizim fəaliyyətimizi çətinləşdirir. O baxımdan yaxşı olardı ki, bu Avropa institutları ölkələrin daxili işinə qarışmayıb, daha qlobal məsələlərlə məşğul olsunlar. Ölkə daxilində baş verən prosesləri biz hüquq müdafiəçilərinin üzərinə qoysunlar. Biz hökumətlə danışmağı da bacarırıq, onları inandırmaqla nəyəsə nail olmağın yollarını da. Ancaq səhv taktika seçib təzyiq dili ilə nəyəsə nail olmaq asan deyil.”


Teqlər:
beynəlxalq təşkilatlar, Avropa strukturları, hüquq müdafiəçiləri, Avropa institutları, Azərbaycan hakimiyyəti, AŞPA, Çingiz Qənizadə

Əsas mövzular