09:59 08 Dekabr 2016
Canlı yayım
Putin və Ərdoğan

Oqtay Vural: Putinlə Ərdoğan bir-birilərinə çox oxşayırlar

pusulaswiss.ch
MÖVZULAR
Qısa URL
56 0 0

MHP-li millət vəkili: Kimsə Türkiyənin prezident üsul-idarəsiylə deyil, parlamentar sistemlə idarə edildiyini Putinə xatırlatsın.

Bakı, 8 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdən uğurla çıxması ilə bağlı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbərliyini qəzəbləndirib.

Sputnik Türkiyənin Hürriyət qəzetinə istinadən xəbər verir ki, CHP-nin baş katibi Gürsel Tekin Putinin Ərdoğana zəng etməsi barədə ironiya ilə deyib: "Putin belə hörmətli Ərdoğanın özünü prezident kimi deyil AKP-nin sədri kimi apardığının fərqindədir. Prezidentin tutduğu vəzifəyə baxmayaraq, tərəfsiz olmadığını təkcə biz iddia etmirik. Hamı bunun fərqindədir. Yoxsa Putin hara zəng edəcəyini bilməzmi? Hörmətli Ərdoğanın dostu belə başa düşdü ki, Ərdoğan özünü prezident kimi yox, AKP sədri kimi hissi edir. AKP-nin qazandığı səslərə görə, prezident sarayına zəng edir."

Tekin AKP-nin sədri Əhməd Davudoğluna da söz atıb: "Hörmətli Davudoğlu israr edərək "mənimlə həmsöhbət olun" deyirdi. Putin belə səninlə həmsöhbət olmadı, hörmətli Davudoğlu".

MHP-li millət vəkili Oktay Vural da Putinin Ərdoğanı təbrik etməsinə belə şərh verib: "Tamamilə savadsızlıqdır. Kimsə Türkiyənin prezident üsul-idarəsiylə deyil, parlamentar sistemlə idarə edildiyini Putinə xatırlatsın. Bundan başqa, Putin Ərdoğanı təbrik etməli deyil, əksinə, ona təsəlli verməli idi. "

Vural Putinin Türkiyə Böyük Millət Məclisinə qarşı saymamazlıq etdiyini deyib: "Bilmirəm Putin təbrik edərək kinayə edib, ya yox, amma onun zəng etməsi çox yersizdir. Türkiyə parlament demokratiyası ilə idarə edilən dövlətdir. Türkiyədə Putin sistemi yoxdur. Bu iki adam bir-birilərinə çox oxşayırlar, hər halda. Yəqin ki, bu bir diplomatik uğursuzluqdur. Parlamentli demokratiya nöqteyi-nəzərindən TBMM-ni heçə saymaqdır. Putin üzr istəməlidir. Ya da ola bilsin, Putin zarafat edib. Təbrik etmək əvəzinə başsağlığı verməsi daha uyğun olardı. O ki qaldı Türkiyənin enerji məsələlərinə, bunun cavabdehi prezident deyil, hökumətdir, baş nazirdir. Kimsə Putinə bunları başa salmalıdır." 

 

Teqlər:
Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular