21:24 09 Dekabr 2016
Canlı yayım
Ukrayna polisi

Saakaşvili Gürcüstandakı kadrını Odessada vəzifəyə qoydu

zp.comments.ua
MÖVZULAR
Qısa URL
13 0 0

Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Qiya Lordkipanidze Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi təyin edilib.

BAKI, 8 iyun — Sputnik. Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Qiya Lordkipanidze Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi təyin edilib. Bu məlumat unian.net-ə Odessanın hüquq-mühafizə orqanlarından daxil olub.

Sputnik xəbər verir ki, Lordkipanidze Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsində işləyib.

Ukrayna prezidenti Petr Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilmiş Saakaşvili korrupsiya ilə mübarizə məqsədilə hüquq-mühafizə orqanlarında kadr dəyişikliyi həyata keçirəcəyini bildirmişdi. Ukraynalı qaynaqlar Saakaşvilinin Gürcüstandakı keçmiş komandasından bir neçə nəfəri Odessa administrasiyasına transfer edə biləcəyini iddia edirlər.   

Teqlər:
Ukrayna

Əsas mövzular