09:58 08 Dekabr 2016
Canlı yayım
Amnesty International

“Amnesty İnternational” Azərbaycan əleyhinə kampaniya aparır

112.ua
MÖVZULAR
Qısa URL
14 0 0

Qorxmaz İbrahimli:Əgər bu təşkilat səmimi olsaydı, onun demokratiya, insan hüquqları, siyasi islahatlar və məhbuslarla bağlı təkliflərinə baxmaq olardı.

BAKI, 4 iyun-Sputnik. “Amnesty İnternational” təşkilatı əgər fəaliyyətində Azərbaycana qarşı səmimidirsə, o zaman Azərbaycan prezidentinə ölkədə siyasi islahatların həyata keçirilməsi və yaxud kiminsə azad olunması ilə bağlı müraciətinə normal yanaşmaq olar. Bunu Sputnik-ə açıqlamasında Aydınlar   Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, fəaliyyətində səmimi olan təşkilatın hər hansı müraciəti kimdəsə qıcıq oyada bilməz: “Hamı bilər ki, o öz missiyasını yerinə yetirir və bu, normal qarşılanar. Onun demokratiya, insan haqları, siyasi islahatlar və ya məhbuslarla bağlı təkliflərinə baxmaq olar. Burada qəbahət olmaz. Azərbaycan prezidentinə müraciət də ünvanlana bilər və ölkə başçısı buna baxa bilər. Yəni bu əməkdaşlıqdan hamı qazanar. Ancaq xatırlayırsızsa, bu təşkilat “Avroviziya” mahnı müsabiqəsi öncəsi də belə bir kampaniya apardı və onun Bakıda keçirilməsi əleyhinə fəaliyyət göstərdi. Bu baxımdan indi adı çəkilən təşkilatın Azərbaycanda demokratiya, insan hüquqlarının pozulması və  kiminsə azad olunması ilə bağlı etdiyi müraciətləri səmimi qəbul etmək olmur.”

İbrahimli onu da əlavə edib ki, bu gün dünyada və Avropada Azərbaycanın dostları, onun uğurlarına sevinənlər olduğu kimi, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr də var: “Baxmayaraq ki, Birinci Avropa Oyunları Avropa ilə birbaşa əlaqəlidir və biz burada Avropanın bu prosesə dəstək verməsini gözləyirdik. Ancaq bunun əksinin şahidi olduq. Çünki Azərbaycanın belə bir yarışa ev sahibliyi etməsi və ilkə imza atması Avropada bizi istəməyən bəzi qüvvələrin xoşuna gəlmir. Ona görə də onlar Antiazərbaycan kampaniyası çərçivəsində bizə qarşı bədxah hərəkətlərini davam etdirərək gözdənsalma kampaniyasını həyata keçrirlər. Onlar müxtəlif beynəlxalq təşkilatlarda, bu günlərdə isə Avropa parlamentində, belə dinləmələri təşkil edəcəklər. Biz bunları bildiyimizdən, Avropa Oyunlarının yüksək səviyyədə keçrilməsinə çalışmalıyıq. Yeri gəldikcə də dövlətin maraqlarını müdafiə etməliyik.”

“Amnesty İnternational” təşkilatının rəhbəri Keyt Allen Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Koeyə müraciət edib ki, 1-ci Avropa Oyunları ərəfəsində Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Bakıda çıxış etsin və imkandan istifadə edərək ölkə başçısı İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etsin. O, eyni zamanda Leyla Yunusun, Xədicə İsmayılovanın, Rəsul Cəfərovun və digər 20 məhbusun qeyd-şərtsiz azad olunmasını tələb etməyi məsləhət bilib.

 

Əsas mövzular