23:18 09 Dekabr 2016
Canlı yayım
Çingiz Qənizadə

Deputat beynəlxalq təşkilatların mövqeyini pislədi

minval.az
MÖVZULAR
Qısa URL
13 0 0

Çingiz Qənizdə: Bir qaraltı görən kimi bunu xəstəlik kimi qeyd etməyə çalışır, əsassız ittihamlarla Azərbaycana təzyiqlərini davam etdirirlər.

BAKI, 4 iyun-Sputnik. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını gözdən salmaq, buna mane olmaq üçün ölkəmizə qarşı qaralama kampaniyasını davam etdirirlər. Bunu Sputnik-ə açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu cür mötəbər təşkilatlar Azərbaycana qarşı ikili mövqeyindən əl çəkmirlər: “Bir qaraltı görən kimi bunu xəstəlik kimi qeyd etməyə çalışır, əsassız ittihamlarla Azərbaycana təzyiqlərini davam etdirirlər. Belə hallar bu gün gözləniləndir. Hələ bu ilin yanvarından başlayaraq Amerikada, Avropanın bir çox şəhərlərində müxtəlif tədbirlər, dinləmələr keçirib Azərbaycana qarşı əsası olmayan ittihamlar irəli sürdülər. Belə bir növbəti toplantının iyunun 10-da Avropa parlamentində keçirilməsi gözlənilir. Bunların hamısı Azərbaycana təzyiqdir. Bu təşkilatların Azərbaycanda ayrı-ayrı adamların həbsinin səbəblərini araşdırmadan, onların əməlində cinayət tərkibinin olub-olmadığını bilmədən, onların qeyd-şərtsiz azad olunmasını tələb etməsi ölkəmizin daxili işlərinə qarışmaqdır. Bunu həm də hüquq-mühafizə orqanlarının işinə müdaxilə hesab edirəm.”

Qənizadə əlavə edib ki, əgər bu təşkilatlar öz müraciətlərində adı çəkilən şəxslərin əməlində cinayət tərkibinin olmasını etiraf edərək hansısa xidmətlərə görə bağışlanmasını xahiş etsəydilər, o zaman məsələ müzakirə predmeti ola bilərdi: “Ancaq təzyiq vasitələridən istifadə etməklə nəyəsə nail olmaq mümkün deyil. Bununla bağlı ölkə başçısının da konkret mövqeyi var. O deyib ki, heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz və təzyiqlə heç nəyə nail olunmayacaq. Təəssüf ki, bu gün bəzi beynəlxalq təşkilatlar hələ də öz amplualarındadırlar və  Azərbaycana qarşı təzyiqlərini davam etdirirlər. Çünki Azərbaycanın uğurlarını görür və buna sevinmək istəmirlər. Əksinə bu uğurlara mane olmaq üçün fəaliyət göstərirlər. Bu baxımdan, həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli, obyektiv və ədalətli olmayan mövqelərini qətiyyətlə pisləyirəm.”

 

 

 

Əsas mövzular