CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jestləri tanıyan kamera hazırlanıb

© Photo : autoritet.comKamera
Kamera - Sputnik Azərbaycan
Abunə olmaq
Corcia Texnologiya İnstitutunun tədqiqatçıları "ağıllı" qurğuları daha da təkmilləşdirərək daim işlək vəziyyətdə qala bilən və jestləri tanıyan kamera hazırlayıblar.

BAKI, 12 avq-Sputnik. Son illər müxtəlif səslərə reaksiya verərək işləməyə başlayan "ağıllı" qurğular populyarlıq qazanıb. Bu dəfə isə Corcia Texnologiya İnstitutunun tədqiqatçıları həmin qurğuları daha da təkmilləşdirərək daim işlək vəziyyətdə qala bilən və jestləri tanıyan kamera hazırlayıblar.

Sputnik "Phys.org" saytına istinadla xəbər verir ki, daha az enerji sərf edən qurğu müxtəlif hərəkətləri izləyə və tanıya bilir. Professor Justin Romberg əksər kameraların passiv proqramda çalışdırılmasının mümkün olmadığını və bu səbəbdən onların daha çox enerji sərf etdiyini bildirib. Qeyd edilib ki, bu yeni kamera siqnalları daha effektiv ötürərək bəzən heç bir enerji sərf etmədən işləyə bilir.

Qurğunun digər maraqlı cəhəti isə ani hərəkətlərə və müxtəlif mimiklərə qarşı həssas olması, yalnız ehtiyac olduğu təqdirdə yanmasıdır. Tədqiqatçılar macəra sevənlərin fərqli görüntülərini və ən maraqlı məqamları yaddaşlara həkk etmək üçün bu kameranın ideal qurğu olduğunu bildirirlər.

Xəbər lenti
0