03:49 04 Dekabr 2016
Canlı yayım
Lenovo mikrokompüteri

Fləşkart boyda kompüter

© AZƏRTAC.
Hi-Tech
Qısa URL
37 0 0

Çinin “Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib.

BAKI, 27 iyun — Sputnik. Çinin “Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib.

“IdeaCenter Stick 300” qurğusunun işləməsi üçün onu “HDMI” konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və “maus” lazımdır.

Sputnik ict.az saytına istinadla xəbər verir ki, mikrokompüter dördnüvəli “Intel Atom Z3735F” prosessoru, 2 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğu “Windows 8.1” əməliyyat sistemi ilə işləyir və “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.0” standartlarını dəstəkləyir. Daxili dinamikə malik olması onu digər qurğulardan fərqləndirir.

“IdeaCenter Stick 300” qurğusunun iyulda satışa çıxarılması planlaşdırılır.

Əsas mövzular