10:45 03 Dekabr 2016
Canlı yayım
Haker

Afrikalı hakerlər qrupu həbs olunub

thepcprinciple.com
Hi-Tech
Qısa URL
9 0 0

İspaniya, Polşa və İtaliya polisi iyunun 9-da keçirilmiş xüsusi əməliyyat zamanı kibercinayətkarlıq fəaliyyətində şübhəli bilinən 49 nəfəri həbs edib.

BAKI, 11 iyun — Sputnik. İspaniya, Polşa və İtaliya polisi iyunun 9-da keçirilmiş xüsusi əməliyyat zamanı kibercinayətkarlıq fəaliyyətində şübhəli bilinən 49 nəfəri həbs edib.

Hakerlər qrupu Avropada bank hesablarından milyonlarla avronu oğurlamağa nail olub.

Saxlanılanlar əsasən Nigeriya və Kamerun vətəndaşlarıdır. Polisin məlumatına görə, qısa müddət ərzində onlar ümumilikdə altı milyon avro oğurlayaraq vəsaitləri pulların ələ keçirilməsi üzrə mürəkkəb şəbəkə vasitəsilə Avropa İttifaqının hüdudlarından kənara ötürə biliblər.

Cinayətkarların Avropada bank müştərilərinin hesablarından pulların köçürülməsi üçün fişinq onlayn sxemdən istifadə etmələri ehtimal edilir.

Kibercinayətkarların saxlanılması əməliyyatına həmçinin Böyük Britaniya, Belçika və Gürcüstan nümayəndələri cəlb olunub. Əməliyyat zamanı qanun keşikçiləri 58 müxtəlif yerdə axtarış aparıblar.  

Əlaqədar

Hakerlər 4 milyon dövlət qulluqçusu barədə məlumatları oğurlayıblar
Hakerlərin nüvə obyektlərinə hücumlarının qarşısını necə almalı?
Hakerlər Corc Sorosun Pyotr Poroşenko ilə yazışmalarını ələ keçiriblər

Əsas mövzular