06:15 11 Dekabr 2016
Canlı yayım
Apple Music

“Apple” yeni musiqi servisi nümayiş etdirib

iclarified.com
Hi-Tech
Qısa URL
15 0 0

“Apple” şirkəti "AppleMusic” adlanan yeni musiqi servisinin təqdimatını keçirib.

BAKI, 9 iyun — Sputnik. “Apple” şirkəti "AppleMusic” adlanan yeni musiqi servisinin təqdimatını keçirib.

Bu barədə Sputnik Rabitə və Yüksək texnologiyalar nazirliyinin saytına istinadən xəbər verir.

Təqdimatda şirkət nümayəndələri bildirib ki, “AppleMusic” özündə axınlı (streaming) servis, onlayn musiqi mağazası və sosial şəbəkə funksiyalarını birləşdirəcək.  

Bununla servis istifadəçiyə internetdə eyni anda radiostansiyaları və ya ayrı-ayrı musiqi parçalarını pulsuz dinləmək, xoşa gəlinən kompozisiyaları almaq və öz musiqi uğurlarını paylaşmaq imkanı verəcək.

İstifadəyə verilməsi iyunun 30-na planlaşdırılan servisə aylıq abunə haqqı 10 dollar təşkil edəcək və ilk üç ay pulsuz olacaq. “AppleMusic” yaradıcıları qeyd edir ki, servis “Windows” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edir, — “BBC ” yazır.  

Əlaqədar

“Apple” şirkəti Azərbaycanda məhsullarının satışını bərpa edir

Əsas mövzular