17:40 03 Dekabr 2016
Canlı yayım
Hakerlər

2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb

pasmi.ru
Hi-Tech
Qısa URL
2 0 0

“IBM X-Force” şirkətinin analitikləri 2015-ci ilin birinci rübü üçün 2014-cü ilin məlumatlarına və hazırda davam edən tədqiqatlara əsaslanan hesabat dərc ediblər.

BAKI, 8 iyun — Sputnik. “IBM X-Force” şirkətinin analitikləri 2015-ci ilin birinci rübü üçün 2014-cü ilin məlumatlarına və hazırda davam edən tədqiqatlara əsaslanan hesabat dərc ediblər. 

Bu barədə Sputnik Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytına istinadən məlumat verir.

Məlumata görə, ötən il fərdi məlumat sızması ilə bağlı bir milyarddan çox insident qeydə alınıb.  Sızmalar təkcə fərdi məlumatların pul əldə etmək məqsədilə oğurlanması üçün deyil, həm də terrorçu təhdidlərin və insanların nüfuzdan salınması üçün törədilib. Ən çox hücum edilən şirkətlər kompüter servisləri (27 faiz), pərakəndə satış sənayesi şirkətləri (13 faiz), dövlət təşkilatları (10,7 faiz), təhsil ilə əlaqədar təşkilatlar (8 faiz), maliyyə müəssisələri (7,3 faiz), səhiyyə ilə əlaqədar müəssisələr (6,9 faiz), media və turizm şirkətləri (5,7 faiz) olub.  

Şirkətin statistikasına görə, 2014-cü ildə müxtəlif məhsul və servislərdə boşluqların aşkar olunması ilə bağlı məlumatların sayında rekord qeydə alınıb. “Heartbleed” və “Shellshock” kimi boşluqların aşkar olunması kriptoqrafiya kitabxanalarının bütün populyar internet platformalarında və kontent idarəetmə sistemlərində (content management systems, CMS) boşluqlara necə yol açmasını göstərib.

Ötən il ən çox yayılmış hücumlar “DDoS” hücumlar və müxtəlif zərərli proqram təminatı nümunələrindən istifadə etməklə həyata keçirilən kiberhücumlar (17,2 faiz) olub. Sonrakı yerlərdə “SQL” inyeksiya (8,4 faiz), fişinq (4,6 faiz), “watering hole” tipli hücumlar (4,2 faiz) və brutfors hücumlar (1,9 faiz) yer alıb. Əvvəlki illərdə olduğu kimi, insidentlər daha çox ABŞ-da (70,5 faiz), Böyük Britaniya (3,4 faiz), Kanada (3,1 faiz) və Cənubi Koreyada (3,1 faiz) müşahidə olunub.

"IBM” analitiklərinin fikrincə, proqramlar üçün vaxtında düzəlişlər edilmiş yenilənmələr buraxmayan mobil əlavə tərtibatçılarının fəaliyyətsizliyi mobil qurğuların təhlükəsizliyinə mənfi təsir göstərə bilər, — “SecurityLab” yazır.   

Əlaqədar

Hakerlər 4 milyon dövlət qulluqçusu barədə məlumatları oğurlayıblar
Hakerlərin nüvə obyektlərinə hücumlarının qarşısını necə almalı?
Hakerlər Corc Sorosun Pyotr Poroşenko ilə yazışmalarını ələ keçiriblər

Əsas mövzular