17:43 03 Dekabr 2016
Canlı yayım
ICANN

İnsanlar internetdə daha çox nəsə axtarırlar

© xakep.ru
Hi-Tech
Qısa URL
7 0 0

ICANN təşkilatı internet istifadəçilərinin yeni yüksək səviyyəli domenlər haqqında məlumatlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

BAKI, 3 iyun — Sputnik. İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı bu yaxınlarda internet istifadəçilərinin yeni yüksək səviyyəli domenlər haqqında məlumatlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. Ümumilikdə 24 ölkəni və 18 dili təmsil edən 6 min nəfərin rəyi öyrənilib.

Bildirilir ki, respondentlərin 46 faizi yeni yüksəksəviyyəli domenlərin istifadəyə verilməsi proqramı (gTLD) barədə məlumatlı olub. Onlardan həmçinin “.email”, “.photography”, “.link”, “.guru”, “.realtor”, “.club” və “.xyz” domenlərinin daxil olduğu siyahıdan yeni domen zonalarını sadalamaq xahiş olunub. Daha çox “.email” (28 faiz) və “.link” (24 faiz) domenlərinin adı çəkilib. Ən çox qeydiyyatın aparıldığı “.xyz” domeni sonuncu yeri tutub (5 faiz). Çoxları sualı düzgün başa düşməyib və internet sahəsindən onlara məlum anlayışların (link, elektron poçt) adını çəkib.

“ICANN” bəyan edib ki, 46 faiz müsbət nəticədir, çünki sorğu məlumatlarına görə, rəyi soruşulanların yalnız 50 faizi 15 il əvvəl istifadəyə verilən ".biz” və “.info” domenlərinin mövcudluğu barədə məlumatlıdır. 2004-2008-ci illərdə istifadəyə verilən “.mobi.” “.pro”, “.tel” və “.asia” domenləri haqqında respondentlərin 37 faizi məlumatlıdır. Yeni domen zonaların istifadəyə verilməsi barədə informasiya 2012-ci ilin sonunda aktiv yayılmağa başlayıb.

Yeni zonaların mövcudluğunu bilən istifadəçilərin 38 faizi son ildə ".email” zonasına, 28 faizi ".link” zonasına daxil olub. Ümumilikdə yeni zonalarda saytlara onların 65 faizi daxil olub.

Respondentlərin 52 faizi bildirib ki, onlar yeni "gTLD” zonalarında öz saytlarını qeydiyyatdan keçirməyi düşünür. Onların 40 faizi bu məqsədlə “.email” zonasını seçməyə üstünlük verdiyini vurğulayıb. “.xyz” domeni yenə də sonuncu yerdə olub (22 faiz). Yeni domenlərin müsbət cəhətləri kimi məlumatlılıq, praktiklik, rahatlıq, yenilik, faydalılıq, maraqlılıq qeyd olunub.

“.COM” domen zonası haqqında rəyi soruşulanların 92 faizi məlumatlıdır.

Tədqiqatdan həmçinin məlum olub ki, internetdə ən populyar iş üsulu axtarış sistemidir (64 faiz).

Domenlərin qeydiyyat prosedurunu respondentlərin 53 faizi mürəkkəb hesab etmir, qalanları prosesin sadələşdirilməsini (50 faiz), sürətləndirilməsini (49 faiz) və ya ucuzlaşdırılmasını (55 faiz) arzulayır.  

Əsas mövzular