18:34 10 Dekabr 2016
Canlı yayım
Rəqəmsal yayım

Rəqəmsal yayıma keçidə həsr edilən beynəlxalq simpozium keçiriləcək

http://zet-news.ru/
Hi-Tech
Qısa URL
48 0 0

Simpozium analoq radio yayımından rəqəmsal radioya keçidlə bağlı qarşıda duran vəzifələri və televiziya sahəsində uğurları müzakirə etmək üçün dünya ekspertlərini bir araya gətirəcək.

BAKI, 2 iyun — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ölkələr üçün analoq radio-televiziya yayımından rəqəmsal yayıma keçidlə bağlı təyin edilən 17 iyun 2015-ci il tarixi son müddətdir və təşkilatın 1-ci regionuna (Avropa, Afrika, Yaxın Şərq və Orta Asiya), eləcə də İrana şamil olunur.

BTİ bu əhəmiyyətli hadisəni Cenevrədə mənzil-qərargahında yerüstü rəqəmsal radio və televiziya yayımının bu gün və gələcəkdə təmin edəcəyi üstünlüklərə malik olmasını təsdiq etmək üçün fikir mübadiləsini stimullaşdıran simpozium keçirəcək.    

BTİ yuxarıda qeyd olunan müddəti 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında təşkilata üzv dövlətlərlə birlikdə rəqəmli televiziya yayımına keçidlə bağlı “GE06” adlanan regional saziş imzalayıb və 2015-ci ilədək keçid prosesinin başa çatdırılması barədə razılıq əldə olunub.

Simpozium analoq radio yayımından rəqəmsal radioya keçidlə bağlı qarşıda duran vəzifələri və televiziya sahəsində uğurları müzakirə etmək üçün dünya ekspertlərini bir araya gətirəcək.

Hazırda dünya ölkələri aktiv şəkildə rəqəmsal televiziyaya keçir. “GE06” sazişinin bir neçə iştirakçı ölkəsi, eləcə də sazişə üzv olmayan əksər dövlətlər artıq keçid prosesini başa çatdırıb, digərləri keçidi başa çatdırmaq mərhələsindədir.

“BTİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları (İKT) məsələləri üzrə ixtisaslaşmış təsisatı kimi gələcəkdə də yeni texnologiyaların inkişafına yardım edəcək. Mən rəqəmsal radio-televiziya yayımına uğurla keçən ölkələrin administrasiyalarını təbrik edirəm, keçidi həyata keçirən administrasiyalara isə müvəffəqiyyətlər arzulayıram”, — BTİ baş katibi Houlin Çjao bildirib.

Azərbaycan BTİ-yə üzv dövlət kimi rəqəmsal televiziya yayımına keçid prosesini bu ilin payızında tam başa çatdıracaq.   

Əlaqədar

Milli peykimiz üzərindən yayımlanacaq beynəlxalq kanalların sayı artır
Azərbaycanda bu il analoq yayım dayandırılacaq
İTV-nin Yayım Şurasının tərkibi dəyişib

Əsas mövzular