22:01 02 Dekabr 2016
Canlı yayım
United Nations

BMT: İnternetdə anonimlik şifrələmə insan hüquqlarının əsasıdır

voiceofthefamily.info
Hi-Tech
Qısa URL
2 0 0

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında internetdə anonimlik və şifrələmənin insan hüquqlarının əsasını təşkil etməsi bildirilir.

BAKI, 1 iyun — Sputnik. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında internetdə anonimlik və şifrələmənin insan hüquqlarının əsasını təşkil etməsi bildirilir.

Sənəd müəllifi Devid Key hesab edir ki, məhz anonimlik və şifrləmə istifadəçiyə rəqəmli dövrdə fikir azadlığı hüququnu həyata keçirmək və onun ifadə olunması üçün lazım olan məxfilik və təhlükəsizliyi təmin edir.  

Hesabat hökumət və internetdə anonimliyə müxtəlif baxışı olan İT şirkətləri arasında artan müzakirələrlə əlaqədar dərc olunub. Ötən il “Apple” və “Google” şirkətləri əməliyyat sistemlərində şifrləmə funksiyasını əvvəlcədən quraşdırmaqla bağlı planlarını açıqlayıb. Öz növbəsində ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (MTA) bu addımın cinayətkarların axtarışını və həbsini çətinləşdirəcəyini bəyan edərək təşəbbüsün əleyhinə çıxıblar. Xüsusi xidmət orqanları nümayəndələrinin qənaətinə görə, “Tor” kimi anonimayzerlərdən istifadə kibercinayətkarlar üçün qanunsuzluq zonası yaradır.

Müəəlifin fikrincə, FTB və MTA-nın istifadəçi məlumatlarının toplanılması üzrə üsullarından peşəkar cinayətkarlar yararlana bilər. Xüsusi xidmət orqanlarına təhqiqat zamanı müəyyən informasiyaya daxil olmağa zərurət yaranarsa, əməkdaşlar casusluğun məqsədə nail olmaq üçün yeganə yol olmasını sübut etməlidirlər.

Əsas mövzular