23:16 09 Dekabr 2016
Canlı yayım
xarab olmuş telefon

Ev heyvanları iki milyard avroluq qurğunu yararsız hala salıblar

review.china-iphone.ru
Hi-Tech
Qısa URL
1401

Son beş ildə Avropada ev itləri və pişikləri ümumilikdə 1,5 milyard funt-sterlinq (2,1 milyard avro) dəyərində qurğunu istifadəyə yararsız hala salıblar.

BAKI, 1 iyun — Sputnik. Son beş ildə Avropada ev itləri və pişikləri ümumilikdə 1,5 milyard funt-sterlinq (2,1 milyard avro) dəyərində qurğunu istifadəyə yararsız hala salıblar.

Bu barədə Britaniyanın "Mirror” nəşri texnikanın zədələnmələrdən qorunması məsələləri ilə məşğul olan "SquareTrade” şirkətinin hesabatına istinadən məlumat verib.  

Britaniya ailələrinin dördayaqlı sevimliləri sahiblərinə 358 milyon funt (0,5 milyard avro) məbləğində ziyan vurmaqla bu göstərici üzrə birincidirlər. Onlar Böyük Britaniya evlərinin 14 faizində telefon, planşet və noutbukları sıradan çıxarıblar.  

Hesabata görə, texnikanın zədələnməsinin əsas səbəbi odur ki, itlər və pişiklər qurğuları öz oyuncaqları kimi anlayaraq onları gəmirirlər. Bundan başqa, heyvanlar qurğuları düşürür, üstünə maye tökür və onlar üzərində atılıb-düşürlər.

“Nəticədə ev heyvanları sahibləri telefon, planşet və digər qurğuların təmirinə çoxlu pul xərcləyirlər”, — “SquareTrade” şirkətinin Avropa ofisinin direktoru Kevin Qillan deyib.

Tədqiqatın aparılması üçün şirkət 16 min ev heyvanı sahibinin fikrini öyrənib.

Əsas mövzular