Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Taekvodoçumuzun möhtəşəm uğuru

© Sputnik / Murad OrujovMilad Harçeqani, arxiv şəkli
Milad Harçeqani, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Taekvandoçumuz Milad Harçaqani qalib olaraq 6000 ABŞ dollarını mükafat olaraq qazanıb.

BAKI, 9 dek — Sputnik. Bu gün paytaxt Bakıda keçirilən taekvando üzrə Qran-prinin final mərhələsində dünyanın ən güclü 64 taekvandoçusu 4 çəki dərəcəsində (49, 67 kq qadın, 58, 80 kq kişilər) bir daha özlərini sınayıblar. Azərbaycan taekvandoçuları da bu idmançılar sırasında medal qazanmaq üçün mübarizəyə qoşulublar.  

Millimizi təmsil edən Roman Samodurov ilk döyüşdəcə bu çəkinin reytinqində ilk pillədə yer alan cənubi koreyalı Tae-Hun Kim ilə qarşılaşıb. Rəqibi qarşısında tab götürməyən Roman Samodurov məğlub olaraq döyüşü dayandırıb.

80 kq çəki dərəcəsində Azıərbaycanı təmsil edən Milad Beigi Harçeqani 1/8 finalda avstriyalı Hayder Şkaranı ilə qarşılaşıb. Yarış Azərbaycanlı idmançının xeyrinə başa çatıb. Belə ki ilk raundda 8:0 hesabı ilə öndə olan Harçeqani növbəti raundda üstünlüyü 14:0-a çatdırıb və vaxtından əvvəl qalib elan olunub. Daha sonra Harçeqani  1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə gücünü sınayıb. Bu dəfə də millimizin idmançısı tatamini qalib olaraq tərk edib. Harçeqani koreyalını 17:1 hesabı ilə məğlub edib.

Daha sonra  yarımfinalda meksikalı Rene Lizarraqa ilə müarizə aparıb. Harçeqani bu dəfə də rəqibinə aman verməyib və görüşü vaxtından əvvəl  ikinci raundda öz xeyrinə bitirib. 18:0 hesablı üstünlük qazanan Harçeqani ikinci raundda finala yüksəldib.

Finalda idmançımız misirli Seif Eissa ilə qarşılaşıb.  Bu dəfə də idmançımız rəqibinə aman verməyib. Yarışı 12:0 hesabı ilə vaxtından tez ikinci raundda həll edib və Qran-prinin final mərhələsinin 80 kq çəki dərəcəsində qalibi olub. Beləliklə, qalib olan idmançımız reytinqinə 80 xal yazıb.  

Qeyd edək ki, taekvandoçumuz Milad Harçeqani qalib olaraq 6000 ABŞ dollarını mükafat olaraq qazanıb. 

Xatırladaq ki, yarışın ikinci günü millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq.

Xəbər lenti
0