Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyəli futbolçulara Ukraynada şok yaşatdılar

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidKiyevin milli Olimpiya stadionu, arxiv şəkli
Kiyevin milli Olimpiya stadionu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dinamo Kiyev-Beşiktaş matçı mənfi 12 dərəcə temperaturda oynanılacaq

BAKI, 6 dek — Sputnik. Türkiyəni UEFA Çempionlar liqasında təmsil edən Beşikdaş futbol klubu, bu axşam qrupdakı sonuncu oyununa çıxacaq. Növbəti mərhələyə keçmə şansını qorumaq üçün ən az 1 xala ehtiyacı olan Beşiktaşın işi elə də asan olmayacaq.

Çünki Ukraynada, əsas da paytaxt Kiyevdəki havanın temperaturu İstanbuldan nə az-nə çox, 19 dərəcə fərqlidir. Belə ki, futbolçular Kiyevə tərpənən zaman İstanbulda havanın temperaturu müsbət 9 dərəcə olduğu halda, Ukraynada təyyarədən endikləri zaman tamam fərqli atmosferə düşüblər.

Sputnik Türkiyə KİV-nə istinadən bildirir ki, hazırda —9 dərəcə olan temperaturun, oyun başlayan zaman —12 dərəcə olacağı gözlənilir.

Xəbər lenti
0