16:09 06 Dekabr 2016
Canlı yayım
Saleh Məmmədov, arxiv şəkli

Həndbol federasiyasına yeni prezident seçildi

© Foto: TREND IA
İDMAN
Qısa URL
10 0 0

Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

BAKI, 1 dek — Sputnik. Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.

Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Konfransda  Azərbaycan idmanının inkişafından danışan Çingiz Hüseynzadə bildirib ki, sovet dövründə idmanın həndbol növü üzrə böyük uğurlar əldə olunub. Lakin hazırda həndbol bir qədər diqqətdən kənarda qalıb. Buna görə MOK rəhbərliyi, Gənclər və İdman Nazirliyi federasiya rəhbərliyində dəyişiklik edilməsinə qərar verib. Ç.Hüseynzadə AHF-nin prezidenti vəzifəsinə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib.

ASC-nin sədri Saleh Məmmədov gənc yaşından idmana böyük həvəs göstərdiyini diqqətə çatdıraraq deyib: “Azəryol” voleybol klubunun rəhbəri olduğum illərdə komandanın uğuru üçün səylə çalışmışam. Sovet dövründə birinci dərəcəli futbolçu olmuşam. Əsas məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır”.

Daha sonar nazir Azad Rəhimov bildirib: “Mən həndbol üzrə milli komandanın üzvü olmuşam. O dövrdə idmanın bu növünə maraq olduqca böyük idi. İdman qurğularımızın yüksək səviyyədə olması bizə əsas verir ki, həndbolu inkişaf etdirək. Təkcə bir komanda ilə həndbolu inkişaf etdirmək olmaz. Buna görə ölkə çempionatı keçirilməli və məşqçilər təlimlərə göndərilməlidir”.

Bunun ardınca AHF-nin prezidenti vəzifəsinə səsvermə keçirilib. Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Əsas mövzular