Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda dünyanın ən güclü güləş turnirlərindən biri keçiriləcək

© © RİA DağıstanGüləş yarışı
Güləş yarışı - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi baş tutacaq

BAKI, 18 noy — Sputnik. Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışa səylə hazırlaşan qadın güləşi üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

© Photo : AGFSemyon Çterev
Semyon Çterev - Sputnik Azərbaycan
Semyon Çterev

Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın baş məşqçisi Semyon Çterev heyətdə, əsasən gənclərə yer verəcəklərini bildirib. Baş məşqçi bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Nataliya Sinişin (53), eləcə də "London-2012"nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turnirdə istirahət edəcəklər. Əvəzində Türkan Nəsirova (44 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin, hazırlığa yeni başlayan və "Tokio-2020"də iştirakı gözlənilən gənclərə də şans veriləcək.

S. Çterev qarşıdakı yarışın 10-11 dekabrda Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib. Onun sözlərinə görə, "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir.

"Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində — 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik. Artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra növbəti olimpiada barədə düşünürük. Komandamızı qızıl medal qazanması üçün hazırlayırıq", — məşqçi qeyd edib.

"Qızıl Qran Pri"nin final mərhələsində hər çəki dərəcəsində 3 güləşçinin yer alacağını deyən baş məşqçinin fikrincə, Azərbaycanda qadın güləşi yüksəlişə doğru gedir: "Növbəti olimpiadada qadın güləşi üzrə yığmamızın kişilərdən də yaxşı çıxış edə bildiyini göstərmək istəyirik. Bunun üçün potensialımız, gənc güləşçilərimiz də var".

Qeyd edək ki, proqrama əsasən, qadın güləşçilər yarışların ikinci günündə mübarizə aparacaq. Noyabrın 24-də sərbəst, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Xəbər lenti
0