Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Artıq bir medalımız var

© Photo : Məmməd Abdullayevin Facebook səhifəsiAyaz Qəmbərli bürünc medal qazanıb
Ayaz Qəmbərli bürünc medal qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ayaz Qəmbərli yarımfinaladək irəliləsə də, finala adını yazdıra bilməyib

BAKI, 17 noy — Sputnik. Kanadanın Burnabı şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatı keçirilir. Sputnik Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günü millimiz üçün yaxşı başlayıb.

Belə ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi gənclərdən ibarət milli komandamız artıq aktivinə bir bürünc medal yazdırıb. 45 kq çəki dərəcəsində çıxış edən Ayaz Qəmbərli yarımfinaladək irəliləsə də, finala adını yazdıra bilməyib. Nəticədə o, bürünc medal qazanaraq dünya üçüncüsü olub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında 14 taekvondoçu ilə qatılıb. Yarışda 102 ölkədən 846 idmançı mübarizə aparır.

© Photo : Məmməd Abdullayevin Facebook səhifəsiAyaz Qəmbərli bürünc medal qazanıb
Ayaz Qəmbərli bürünc medal qazanıb - Sputnik Azərbaycan
Ayaz Qəmbərli bürünc medal qazanıb

Xəbər lenti
0