Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Yarış bizim gözləntilərimizdən də yüksək səviyyədə keçdi"

© Photo : BakucitycuirtBakı Şəhər Halqası beynəlxalq avtoidman cəmiyyətinin nümayəndələri ilə öz təcrübəsini bölüşüb
Bakı Şəhər Halqası beynəlxalq avtoidman cəmiyyətinin nümayəndələri ilə öz təcrübəsini bölüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqası beynəlxalq avtoidman cəmiyyətinin nümayəndələri ilə öz təcrübəsini bölüşüb

BAKI, 14 noy — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti 9-10 noyabr tarixlərində "Moscow Raceway" avtodromunda keçirilmiş «Russian Motorsport Forum» adlı beynəlxalq avtoidman forumunda iştirak edib. Rusiya və ona yaxın regionda yerləşən ölkələrdən ümumilikdə 250-dən çox avtoidman nümayəndəsinin iştirak etdiyi forumda bölgədə mövcud çətinliklərin həlli və avtoidmanın gələcək inkişafı müzakirə olundu.

BŞH Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərlə görüşdə - Sputnik Azərbaycan
İDMAN
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir

BŞH-dən Sputnik-ə verilən məlumata görə, tədbirdə milli və beynəlxalq yarışların təşkilatçıları, federasiya və aparıcı komandaların nümayəndələri, avtodrom rəhbərləri, sahibkarlar və avtoidman jurnalistləri iştirak edirdilər. BŞH-nın nümayəndələri ilə yanaşı Kamaz-master, Rusiya Dairəvi yarışların nümayəndələri, Moscow Raceway, Nürburgring avtodromu, Kaspersky Lab, Volkswagen, Renault vəPetronas kimi şirkətlərin nümayəndəli də foruma qatılmışdılar.

Bakıda keçirilmiş Formula 1 Avropa Qran Prisinin təşkilatçısı Arif Rəhimov forumda çıxış edərək şəhər yarışlarının təşkili prosesindən danışdı və gələcək mövsümlə əlaqədar planları tədbir iştirakçıları ilə bölüşdü. İsti yay günlərinə təsadif edən və ilk dəfə olaraq Bakıda keçirilən Avropa Qran Prisi Bakı Şəhər Halqasında baş tutdu və şəhər yarışları arasında ən sürətli trek ünvanına yiyələndi. Dünyanın 47 ölkəsindən Bakıya təşrif buyurmuş qonaqlar Valtteri Bottas tərəfindən (rəsmi olaraq 366km/saat, qeyri-rəsmi olaraq 378km/saat) müəyyən edilmiş yeni sürət rekorduna şahid oldular. Bundan əlavə, Williams Martini Racing komandası daha bir yeni rekorda — ən sürətli pit-stop əməliyyatına 1.92 saniyə ilə imza atdılar.

BŞH-nın icraçı direktoru Arif Rəhimov öz çıxışında qarşıda duran vəzifələr və Formula 1 Bakı mərhələsinin qəbul etdiyi dividentlər barədə də iştirakçılara ətraflı məlumat verdi: "İlk yarış bizim gözləntilərimizdən də yüksək səviyyədə keçdi. Bütün pilotlardan, Formula 1 və FİA təşkilatçılarından müsbət rəylər aldıq. Bakının mərkəzi küçələrində keçirilmiş şəhər yarışının təşkili ideyası hərtərəfli şəkildə özünü doğrultdu, həmçinin Azərbaycanın dünyada özünü tanıtmasına və şəhər-biznes cəmiyyətinin turistlərin axını ilə iqtisadi cəhətdən inkişafına öz töhfəsini verdi".

"Digər tərəfdən dekabrın 1-dən etibarən 2017 Formula 1 Avropa Qran Prisi üçün 30%-dək endirimlə biletlərin satışına başlayırıq və Rusiyada və qonşu ölkələrdə olan Formula 1 azarkeşlərini bu fürsətdən yararlananraq növbəti il Bakıda keçiriləcək yarışa dəvət edirik", — Rəhimov bildirib.

Bakıda sayca ikinci dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinin yarış həftəsonunun 16-18 iyun 2017-ci il tarixlərində baş tutması gözlənilir. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Xəbər lenti
0