Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karateçimiz beşinci dəfə dünya çempionu oldu

Abunə olmaq
O, Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İrandan olan rəqiblərini məğlub edərək finala yüksəlib

BAKI, 29 okt — Sputnik. Azərbaycanlı karateçi Rəfael Ağayev növbəti dəfə karate üzrə dünya çempionu olub. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 75 kq çəki dərəcəsində yarışan karateçimiz Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İrandan olan rəqiblərini məğlub edərək finala yüksəlib.

Buna qədər dördqat dünya və 13 dəfə Avropa çempionu olan R.Ağayev final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömərdən də üstün olub. Bununla R. Ağayev beşinci dəfə dünya çempionu olub.

Xəbər lenti
0