Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Biz öz sevincimizi Rusiyanın kədəri üzərində qurmadıq"

Abunə olmaq
Rusiyalı paralimpiyaçıların lisenziyadan məhrum edilməsi müzakirəyə çıxarıldı

"Biz öz sevincimizi Rusiyanın kədəri üzərində qurmadıq"
BAKI, 3 okt — Sputnik. Paralimpiya oyunlarında Rusiya bayrağını qaldırmaq təşəbbüsü oyunlardan əvvəl də vardı. Bunu oktyabrın 3-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Bakı-Moskva-Minsk telekörpüsündə, Belarus idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev deyib.
Paralimpiya yığması - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi

Onun sözlərinə görə, bu, nə hakimiyyətin, nə də olimpiya komitəsinin qərarı olub: "Bu, Belorus komandasının təşəbbüsü idi. Biz başqa cür davrana bilməzdik. Biz bunu Rusiya idmançılarına dəstək olmaq və hazırki vəziyyətin qarşısını almaq üçün etdik".

Rio-de-Janeyro Paralimpiadası ərəfəsində Rusiya paralimpiyaçıları lisenziyalardan məhrum edildilər. Azərbaycan yığması ona verilən Rusiya idmançılarının lisenziyalarını qəbul etməkdən imtina etdi. Belarus yığması isə Paralimpiya Oyunlarının açılış mərasimində Rusiyanın bayrağını qaldırdı.

Belarus Paralimpiya Komitəsinin sədri Oleq Şepelin sözlərinə görə isə, Rusiya idmançılarının lisenziyalardan məhrum edilməsi Paralimpiya Oyunları tarixində qəbul olunan ən ədalətsiz qərardır: "Paralimpiya hərəkatı vahiddir. Bu, siyasi axın deyil. Biz bir-birimizi dəstəkləməliyik. Onlar bunun üçün dörd il idi, hazırlaşırdılar. Əlilliyi olan insanlarla bu cür davranmaq düzgün deyil. Ümid edirəm ki, yaxın gələcəkdə ədalət bərpa olunacaq".

Komitə sədri bildirib ki, Belorus 78 ölkə arasında ilk iyirmiliyə daxil olub. Oyunlarda iştirak edən 21 idmançı 10 medal qazanıb.

Tədbirdə Azərbaycan tərəfdən iştirak edən Paralimpiya komitəsinin mətbuat xidmətinin rəhbəri Kamal Məmmədov, Azərbaycan yığmasının Rusiya idmançılarından alınan lisenziyaları qəbul etmədiyini bildirdi: "Rusiya idmançıları ətrafında baş verən bütün hadisələri biz diqqətlə izləyirdik və son dəqiqəyədək ümid edirdik ki, müsbət qərar qəbul olunacaq və bizim idmançılar Rusiya idmançıları ilə birgə mübarizə aparacaqlar. Biz qərar verdik ki, Rusiya idmançılarından alınan üç lisenziyadan imtina edək. Biz öz sevincimizi dostumuz və qonşumuz olan Rusiyanın kədəri üzərində qurmadıq. İdmanda siyasətə yer yoxdur".

Məmmədov onu da əlavə etdi ki, Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə altı idman növündə təmsil olundu: "Medal sayına görə isə biz 33-cü yeri tutduq".

Oluxan Musayev (soldan ikinci) - Sputnik Azərbaycan
İDMAN
Paralimpiya oyunlarında "lipa" skandalı

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya yığmasını dopinq qalmaqalına görə, Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edib. BPK prezidenti Filip Kreyven bu barədə Rusiya mətbuatına açıqlama verib: "Məsələ hansısa konkret bir idman növündə qeydə alınana qanun pozuntusundan getmir. Əsas problem dopinq sisteminə dövlətin verdiyi dəstəkdir".

Bu qərar Beynəlxalq Antidopinq Komitəsinin hesabatı ilə tanış olduqdan sonra verilib. İdmançıların oyundan kənarlaşdırılması qərarından sonra Belorus nümayəndəliyi rus paralimpiyaçıları dəstəkləmək üçün açılış mərasimində RF bayrağını daşıyacaqlarına söz vermişdi. Lakin BPK bunu siyasi jest kimi dəyərləndirəcəklərini bildirərək, bu addımı qadağan etmişdi.

Xəbər lenti
0