Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Britaniyalı futbolçu İslama görə peşəsini tərk etdi

© Photo : TGSPhotoİngiltərə premyer liqası klublarından olan Şefeld Uenzdey
İngiltərə premyer liqası klublarından olan Şefeld Uenzdey - Sputnik Azərbaycan
Abunə olmaq
Jeremi Helan: "Verdiyim qərarla heç bir futbolçuya təsir etmək məqsədim yoxdur. Hər kəs tutduğu yolu özü seçir"

BAKI, 20 sen — Sputnik. İngiltərə premyer liqası klublarından olan Şefeld Uenzdeyin futbolçusu Jeremi Helan ani bir qərarla futbolu tərk elədiyini açıqlayıb. 24 yaşlı futbolçu İslam dininə daha çox vaxt ayırmaq istədiyini, bu səbəblə belə qərar verdiyini deyib.

"Verdiyim qərarla heç bir futbolçuya təsir etmək məqsədim yoxdur. Hər kəs tutduğu yolu özü seçir. Mənim düşüncəmə gəlincə, futbolu sevirəm. Bu sevgimə görə futbolçu oldum. Ancaq daha sonra gördüm ki, inancıma vaxt ayıra bilmirəm", — futbolçu deyib.

Onun fikrincə, bəlkə də beynəlxalq futbol sistemi başqa cür qurulsaydı, futboldan ayrılmağına ehtiyac olmazdı: "Günümüzün yarıdan çoxu məşqdə, qalan hissəsi isə yatmaqla keçir. İslami dəyərləri unutmaqdan qorxdum və sevdiyim dinimlə daha çox məşğul olmağa qərar verdim".

Xəbər lenti
0