Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rio-2016 Paralimpiya oyunlarından ilk qızıl medal gəldi

© REUTERS / Ueslei MarcelinoCüdoçu Ramil Qasımov
Cüdoçu Ramil Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

BAKI, 9 sent-Sputnik. Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

Cüdoçu Ramil Qasımov rəqibini ipponla məğlub edərək turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

Yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

Xəbər lenti
0