Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın paralimpiya yığması Braziliyadadır

© AZƏRTACАзербайджанская паралимпийская сборная прибыла в Бразилию
Азербайджанская паралимпийская сборная прибыла в Бразилию - Sputnik Azərbaycan
Abunə olmaq
XV Paralimpiya Oyunlarında 27 idmançımız mübarizə aparacaq. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır.

BAKI, 3 sen — Sputnik. Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyəti sentyabrın 3-də Braziliyaya çatıb.

AZƏRTAC xəbər verir ki, XV Paralimpiya Oyunlarında 27 idmançımız mübarizə aparacaq. İdmanın altı — cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu, “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək keçiriləcək.

Xəbər lenti
0