Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası"

© Photo : REPORTAFFA-nın binası
AFFA-nın binası - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA-nın, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxsin imzalamaqla müvafiq öhdəlik götürməsinə xidmət edən bəyannaməsi açıqlanıb

BAKI, 31 avq-Sputnik. AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilən "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası" Bəyannaməsi açıqlanıb. Sputnik AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxsin imzalamaqla müvafiq öhdəlik götürməsinə xidmət edən sənəd 6 bənddən ibarətdir:

Futbolçu Ramil Şeydayev - Sputnik Azərbaycan
İDMAN
AFFA FİFA-dan cavab gözləyir

1. Bəyan edirəm ki, AFFA-nın İntizam Qaydaları ilə, xüsusilə də "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası" ilə bağlı müddəalarla tanış olmuşam. Mənə aydındır ki, korrupsiya, oyun nəticələrinin potensial manipulyasiyası, yəni oyunun nəticəsinin və ya oyundakı hadisənin və ya hadisələrin əvvəlcədən razılaşdırılması və ya oyunun nəticəsinə və ya oyundakı hadisəyə və ya hadisələrə süni təsir göstərilməsi və bu kimi qeyri-qanuni hallar qadağandır və oyunların nəticəsi ilə bağlı manipulyasiyada təqsirli olan şəxs qanunla məsuliyyətə cəlb olunur və müəyyənləşdirilmiş müvafiq sanksiyalara məruz qalır.

2. Bəyan edirəm ki, istənilən manipulyasiya halları (birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və ya qeyri-maddi nemət, imtiyaz və ya güzəşt təklif olunması/istənilməsi və ya alınması, bu barədə təklifin və ya vədin verilməsi/qəbul edilməsi və ya hər hansı digər vasitə ilə sövdələşməyə daxil olma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə hər hansı hərəkətləri etmək və ya etməmək tələbi) və ya digər oyun nəticələrinə qanunsuz təsir halları ilə qarşılaşdığım zaman bu cür qeyri-qanuni prosesin iştirakçısı qismində çıxış etməyəcək və futbolun bütovlüyünü qorumaq məqsədilə xoşagəlməz hadisədən yayınmaqla, belə hallar barədə dərhal AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə məlumat verəcəyəm.

İlham Əliyev - Sputnik Azərbaycan
İDMAN
İlham Əliyev AFFA-ya 2 mln manat ayırdı

3. Bəyan edirəm ki, oyunun nəticəsinin əvvəlcədən müəyyən olunması və ya buna cəhd və ya oyunlara hər hansı qanunsuz təsir şübhəsinin olması barədə məlumatım olduğu halda bu məlumatı dərhal müvafiq qurumlara, o cümlədən AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə çatdıracağam. Bununla əlaqədar tərəfimdən hərəkətsizlik baş verməsi ilə bağlı hüquqi məsuliyyətimi və futbol qaydalarının və etik normaların pozulmasının potensial nəticələrini dərk edirəm.

4. Mənə aydındır ki, oyunların nəticəsi ilə bağlı manipulyasiya yolverilməzdir və bəyan edirəm ki, bu cür manipulyasiya hallarına qarşı mübarizə aparmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, belə halların qarşısının alınması, təqsirli şəxslərin məsuliyyətinin müəyyən edilməsi, şübhəli məqamların aşkar olunması və bu cür məqamlara aydınlıq gətirilməsində müvafiq qurumlara köməklik göstərəcəyəm.

5. Bəyan edirəm ki, futbol oyunları ilə bağlı heç bir mərc, lotereya və ya bənzəri oyunlarda iştirak etməyəcəyəm.

6. Bəyan edirəm ki, futbolda manipulyasiya, xüsusi ilə də oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair bu bəyannamənin tərtib edilməsini müsbət qarşılayır və bu bəyannaməni imzamla təsdiq edirəm.

Xəbər lenti
0