Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yuliya Ratkeviç: "Bu məğlubiyyət baş verməyəcəkdi..."

© AP Photo / Charlie RiedelYuliya Ratkeviç
Yuliya Ratkeviç - Sputnik Azərbaycan
Abunə olmaq
"Görünür, hesab hələ 3:0 mənim xeyrimə olduğu vaxt hücum etməli, daha 2 xal götürməli idim. O zaman hər şey gözəl olacaqdı"

BAKI, 18 avq — Sputnik. "Görüşün sonlarında bilmirəm ki, başqa nə etməli idim. Hərəkət etmək lazım idi, edirdim. Hücum lazım idi, edirdim. Anlaya bilmirəm ki, niyə uduzdum".

Юлия Раткевич против украинки Оксаны Херхель - Sputnik Azərbaycan
İDMAN
Yuliya Ratkeviçlə Mariya Stadnik Olimpiadanın yarımfinalında

Sputnik xəbər verir ki, bunu Rio-de Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal şansını son saniyələrdə əldən verən qadın güləşçimiz Yuliya Ratkeviç (58 kq), Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlamasında deyib.

"Görünür, hesab hələ 3:0 mənim xeyrimə olduğu vaxt hücum etməli, daha 2 xal götürməli idim. O zaman hər şey gözəl olacaqdı. Belə məğlubiyyət baş verməyəcəkdi", — Ratkeviç bildirib.

Qeyd edək ki, Yuliya Ratkeviç 3:0 hesabı ilə öndə olduğu görüşün sonlarında rəqibinə ardıcıl xallar verərək 3:6 hesabı ilə məğlub olub.

Xəbər lenti
0