Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksçumuz güləşçilərimizdən qələbə gözləyir

© TrendElvin Məmişzadə - boksçu
Elvin Məmişzadə - boksçu - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik-in əməkdaşı boksda mübarizəyə yaxın günlərdə qoşulacaq boksçu Elvin Məmişzadədən medal gözlədiyi idmançılar haqqında münasibət alıb.

BAKI, 13 avq — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan möhtəşəm Rio-2016 Yay Olimpiadası davam edir. 

56 idmançı ilə yarışa qoşulan Azərbaycanın artıq 22-dən artıq idmançısı öz gücünü sınayıb və 20 idmançı medalsız, 2 idmançımız isə gümüş medalla yarışları başa vurublar. Bir çox idman növlərində yarışlar davam edir.

Sputnik-in əməkdaşı boksda mübarizəyə yaxın günlərdə qoşulacaq boksçu Elvin Məmişzadədən medal gözlədiyi idmançılar haqqında münasibət alıb.

İdmançımızın fikirlərini təqdim edirik. 

“Ən çox cüdoçularımız Orxan Səfərov və Nicat Şıxalizadənin qalib olmasını istəyirdim. Təəssüflər olsun ki, onlar məğlub oldular. Hal-hazırda güləşçilərimizdən və komanda yoldaşlarımdan qələbə gözləyirəm. Güləşcilərdən Toğrul Əsgərov, Cəbrayil Həsənov, Rövşən Bayramovdan xüsusilə medal göləyirəm.” 

Xəbər lenti
0